Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69879
az

Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

20:5725 May, 2022
178
  • A
Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki,  indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu xəstəliyə rast gəlinməyib. Ancaq istənilən halda xəstəliklə bağlı məlumatlar hər kəsdə narahatlıq yaradır.
 
 
Professor Adil Qeybulla 42 yaşından aşağı olan insanları daha diqqətli olmağa səsləyib. O həmçinin, ölkəmizdə  bu xəstəliyə qarşı peyvənd ehtiyatı yaradılmasının vacibliyindən də danışıb. 
 
Təbii çiçəyə qarşı peyvəndi olanlar meymunçiçəyinə ya yoluxmurlar, yoluxsalar belə çox yüngül keçirirlər. Tibb elmləri doktoru  Adil Qeybulla belə bir açaqlama verib. Professor bildirib ki, peyvəndi olmayanlar üçün problem daha böyükdür. Adil Qeybulla, xüsusilə, yaşı  42-dən aşağı olanları daha diqqətli olmağa səsləyib.
 
Professor bildirib ki, bu xəstəliyə yoluxmamaq üçün insanların immun sistemi yüksək olmalıdır. Bunun üçün vaxtında müdaxilə mütləqdir.Buna görə ölkəmizdə sözügedən xəstəliyə qarşı peyvənd ehtiyyatı yaradılmalıdır.  Çünki, təkcə meymunçiçəyi deyil, təbii suçiçəyin özü də baş qaldıra bilər. Buna görə də, qısa müddətdə karantin və profilaktik tədbirlər görülməlidir. Virusa yoluxmuş şəxslər özlərini vaxtında təcrid edib, başqa insanlarla ünsiyyətdən çəkinsələr virusun yayılma faizi az olar.
Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusu da təbii suçiçəyi ailəsinə daxildir. İlk dəfə bu xəstəlik Konqo respublikasında baş qaldırıb. Amma  virusun identifikasiyası Danimarkanın Kopenhagen şəhərində keçirilib. Bu zonatik bir virusdur. Yəni heyvandan insana transfer edilir və əsasən kontakt yolu ilə həyata keçirilir. Çox az hava-damcı yolu ilə keçir.  Koronovirusdan fərqli olaraq bu virusun mutasiyaya uğrama riski azdır.

 

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı