Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69745
az

Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni xəbər - VİDEO

17:1823 May, 2022
125
CƏMİYYƏT
  • A

Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni qərarla "əlilliyin qiymətləndirilməsi qaydası"nda bir sıra dəyişikliklər edib. Yeni qaydalarda əlilliyin müddətsiz müəyyən edilməsi ilə bağlı dəyişikliklər var. Dəyişikliklər bu il  iyulun 1-dən qüvvəyə minəcək.

Nazirlər Kabineti əlilliyin qiymətləndirilməsi qaydasında bir sıra dəyişikliklər edib. Yeni qaydalara əsasən, bundan sonra əlilliyin qiymətləndirilməsi dərəcələr ilə deyil,  funksiya pozulması faizləri ilə ölçüləcək. Orqanizmin funskiyası 30 faizə qədər pozulduqda əlillik verilməyəcək.

Bundan əlavə, iyulun 1-dək hazırda mövcud olan qaydalarda  əgər vətəndaşda əlillik əsas verən 1 neçə hal, bir neçə pozuntu müəyyən edilirdisə, yalnız onlardan biri üzrə qiymətləndirilmə aparılırdısa, indi bütün göstəricilər, bütün pozuntular  nəzərə alınaraq  faiz göstəricisi ən yüksək olan götürülməklə, hətta 10 faiz artırılmaqla qiymətləndiriləcək.

Yeni qaydalarda əlilliyin müddətsiz müəyyən edilməsi ilə bağlı da dəyişikliklər var. əmək və əhalinin sosial müdafiə nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri fazil talıbov bu dəyişiklikərdən də danışdı.

Yeni qaydalar 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.


OXU24.COM  xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur
Ərdoğandan HƏMAS-la bağlı AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı