Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69744
az

Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

17:0823 May, 2022
143
CƏMİYYƏT
  • A

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova keçmiş ərindən 50 min manata yaxın pul tələb edir.

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, M.Eyyubova məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, ailə birgə nikah dövründə dəyəri 92 800 manat olan mənzil alıb. Eyyubova həmin mənzilin dəyərinin tam yarısının (46 500 AZN) Anar Məhərrəmovdan tutulub ona ödənilməsini istəyir.

İddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Məhərrəmova rəsmi olaraq ötən il boşanıb. Yasamal Rayon Məhkəməsi birgə nikah dövründə alınmış bir sıra əmlak və əldə edilmiş gəlirin yarısının, eləcə də üç azyaşlı uşağın ananın himayəsinə verilməsi barədə qətnamə çıxarıb. Lakin sözügedən 92 800 manatlıq mənzillə bağlı iddia rədd edilib.


Xatırladaq ki, Anar Məhərrəmov hazırda Azərbaycanın Estoniyadakı səfiridir. O, Bakı Dövlət Universitetinin sabiq rektoru (1999-2018) Abel Məhərrəmovun oğludur. Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır. Onun da ixtisasca diplomat olduğu bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı