Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69353
az

İmtahan verənlərin diqqətinə!  Bu məhdudiyyət ləğv olunub

18:5111 May, 2022
1737
CƏMİYYƏT
  • A

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı verəcək iddiaçılarına müraciət edib.

DİM-dən Oxu24.com-a verilən məlumata görə, mərkəzin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı məktuba aidiyyatı üzrə baxılmış və müsbət qərar verilib.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.

Xatırladaq ki, xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq.

Pensiya alanlara şad xəbər: Nazirlik indilərdə açıqlama yaydı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...