Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69322
az

Bir ananın dəhşətli hekayəsi - 10 ildir xəstə qızı üçün görün nə edir - VİDEO

19:2010 May, 2022
192
CƏMİYYƏT
  • A

Ana 10 ildir reanimasiya qapısında uşağını gözləyir.

2012-ci ildə Diyarbəkirdə doğulandan 17 gün sonra tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən və əzələ xəstəliyi diaqnozu qoyulan Elif Nur Erdemesin anası Fatma Erdemeş 10 ildir ki, hər gün reanimasiyada onu gözləyir. 

Belə ki, Fatma və Mustafa Erdemes cütlüyü 2002-ci ildə evlənib. 6 övladı olan cütlüyün 5-ci övladı Elif Nur 2012-ci ildə dünyaya gəlib. Elif Nur 17 günlük olarkən tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. Müayinələrində əzələ xəstəliyi aşkarlanan Elif Nur Diyarbakır Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilib. 17 günlük ikən anasının qucağından ayrılan Elif Nur 2 il burada süni nəfəs aparatında yaşayıb və 2014-cü ildə qurulan və 12 xəstəyə xidmət edə bilən Diclə Universiteti Uşaq Palliativ Reanimasiya Mərkəzinə köçürülüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, övladından uzaq qala bilməyən Fatma Erdemes 10 ildir ki, qızının orada olduğunu hiss etməsi üçün hər gün reanimasiyanın qapısında gözləyir. Səhər tezdən xəstəxanaya gələn və axşam gec yola düşən Erdemes qızının sağalmasını gözləyir. Fatma Erdemes yalnız gözlərini hərəkət etdirə bilən Elif Nurla onun əlindən tutub qızını öpərək ünsiyyət qurur. Bu vəziyyətə hər gün şahid olan reanimasiya işçiləri də Fatma Erdemesi "ilin anası" seçərək gül və hədiyyələr veriblər.

Fatma Erdemes qızına ana sevgisini daddırmaq üçün hər gün gəlib ona baxdığını bildirib:


"Elif Nur sağlam övladlarımdan əvvəl gəlir. Onunla inanılmaz bir bağım var. Elif Nuru çox sevirəm, ona etinasızlıq etmək istəmirəm çünki o, mənim üçün çox özəldir. Məni hiss edir, ondan aldığım enerji məni xoşbəxt edir".


 
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO