Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68655
az

Günün qoroskopu: Detalları nəzərdən qaçırmayın22 Aprel 2022

00:3422 Aprel, 2022
388
CƏMİYYƏT
  • A

Günün ikinci yarısında maliyyə təhlükəsizliyi, nüansların hesablanması ön plana çıxır. Bankdan zəng istisna deyil.

Axşam saatlarında komfortu təmin edin. Qida rasionunuza fikir verin.

Əqrəb - maliyyə məsələlərində yaranan mübahisələri həll edin. Mövqelərinizdən geri çəkilməyin. İnadkar, amma səbrli və qətiyyətli olun. Sizin fəaliyyətinizə sədlər yaradan, problemlərinizi artıran insandan maksimal dərəcədə uzaq durun.

Dəyər verdiyiniz insanın maraqlarını günün ikinci yarısında qulaqardına vurmayın. Böyük məbləğin dövr etdiyi əməliyyatda sayıq davranın. Ailə üzvləri ilə səmimi olun.

Təkid və təsirlərdə ifrata varmayın. Belə metodların sayının artırılması yaxşı heç nə vəd etmir.

Oxatan - fəaliyyət sahənizdə planlı işlərə üstünlük verin. Seçim çətin olsa da, yanlış qərar verməyin. Məsuliyyətdən yayınmayın.

Etibara, keyfiyyətə, stabilliyə, uzunmüddətli effektə, yüksək səviyyəli sonuclara can atın. Rutin prosesləri qaydaya salın.

Günün ikinci yarısında irəliləyiş üçün dürüst funksionaldan istifadə edin. Səhhətinizə fikir verin. Sizi uzun müddətdən bəri narahat edən məsələlərdə spontan qərarlar verməyin.

İlk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın.

Axşam saatlarına yaxın yalan və fırıldaq riski artır.

Oğlaq - qüvvə və imkanlarınızı dəqiq hesablayın. Yeniləşən şəraitdə, dəyişən situasiyada maddi imkanlarınızı formalaşdıran nüanslara diqqət verin. Gəlir, maaş, yeni maliyyə mənbələri, gündəlik qayğılar və ödənişlər aktuallaşır.

Günün ikinci yarısında gəlirləri artırmağa çalışanda ehtiyatlı olun. Maddi durumunuzu yaxşılaşdırmaq üçün həddən artıq riskli yolları seçməyin.

Dostlara bel bağlamaq olar. Hadisələrə təsir imkanlarına malik nüfuzlu şəxsə yalnız müstəsna halda müraciət edin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.
 

Dolça - şəxsi münasibətlərin həlli üçün günün ilk yarısı əlverişli zaman deyil. Dialoq uzana bilər. Ailə üzvləri ilə etirafları ertələyin. Daşınmaz əmlak, miras,ailə büdcəsi, ev təsərrüfatı ilə bağlı məsələləri təkrarən müzakirə etmək olar.

Günün ikinci yarısında fəaliyyət sahəsində ekstensiv metodlardan yararlanmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün mümkün qədər effektiv variantı seçin.

Diqqətli olun, xırdalıq və təfərrüatlara fikir verin. Detalları nəzərdən qaçırmayın.

Pəhriz saxlamağa başlamaq olar.

Balıqlar - zəruri ehtiyac olmadan risk etiməyin, tələsik addımlar atmayın. Yaxın ətrafınızdakı insanların sizdən kəskin şəkildə narazı qalmalarına imkan verməyin. Sizi intriqalara cəlb etməyə, təxribatlara çəkməyə çalışırlar. Yaxşı tanımadığınız insanların boş vədlərinə uymayın. Bədxahlarla düşmənlərin sayını artırmayın. İşgüzar ünsiyyət baxımından çox çətin gündür. Şəxsi münasibətlərdəki çətinliklərin sayını artırmayın.

Yaxınlarınız sizi sevir, dəyər verirlər.

Rasionunuza fikir verin. Tamahkarlıq etməyin. Fiziki işi azaldın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər