Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68253
az

Qurbağa ilə eksperiment aparan direktor: “Mən üzr istəyəcək nəsə etməmişəm”

18:1713 Aprel, 2022
197
CƏMİYYƏT
  • A

Bir neçə gün öncə məktəb direktorunun şagirdlərlə birgə qurbağa üzərində apardığı eksperiment sosial şəbəkədə böyük səs-küyə səbəb olub. Sabunçu rayonunda yerləşən Ağdam rayon 71 saylı məktəbin direktoru Ülviyyə Mahmudova sözügedən görüntüləri özü şəxsi sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra geniş auditoriyaya çıxan bu paylaşım birmənalı qarşılanmayıb.

OXU24.COM  xəbər verir ki, bizim.media olaraq məktəb direktoru Ülviyyə Mahmudovanın özü ilə əlaqə saxladıq.

O, insanların reaksiyalarına cavab verərək, üzr istəniləcək durumun olmadığını bildirib:

"Ölkə və dünya universitetlərində də canlılar üzərində müxtəlif eksperimentlər aparılır. Eksperimentin mahiyyəti ondan ibarət idi ki, canlılarda baş-beyin sistemi olmasa da, bədənlərində müəyyən reaksiyalara cavab verən onurğa beyni var. Bu faktı təsdiqləmək və əyani şəkildə göstərmək üçün belə bir dərs hazırladıq.

Burada qurbağaya işgəncə vermək və uşaqlara psixoloji zərbə vurmaqdan söz gedə bilməz. Belə çıxır toyuq yeməyək ki, onu incidirik, qurban kəsməyək ki, uşaqların psixologiyasına zərbə vurur. Bu məsələlər problem kimi görülmür, amma bircə mənim elmi ekspertimentim günah sayıldı? Bu çox absurd düşüncədir.

Həmin şagirdlər 11-ci sinifdə təhsil alırlar və onlar şəxsiyyət kimi artıq formalaşıblar, qətiyyən mənfi bir təsir yoxdur. Üzr istəniləcək və bu qədər böyüdüləcək məsələ deyil".

Direktor Ü.Mahmudova qeyd edir ki, haqqında nifrət dolu edilən paylaşımlar düşünülmüş şəkildə aparılır. Bunu edənlər isə onun direktor kimi fəaliyət göstərməsindən narahat olanlardır:

"Haqqımda danışılanlar planlı şəkildə düşünülmüş qaralama kampaniyasıdır. Çox istəyərdim ki, insanlar bir mövzu haqqında fikir bildirəndə onu öncəliklə araşdırsınlar və daha sonra mühakimə etsinlər.

Biri deyir balalarını belə tikə-parça etsinlər, biri deyir direktorudur onu himayə edib vəzifəyə təyin edən söz-söhbəti yığışdıracaq. Ayıb olsun sadəcə. Mən Bakı Dövlət Universitetini həm bakalavr, həm də magistr üzrə qırmızı diplomla bitirmişəm. Hazırda da dissertantam, elmi iş yazıram. Daha sonra yüksək balla müəllimliyə qəbul olmuşam.

Həmçinin direktorluğa da yüksək bal yığaraq təyin edilmişəm. 15 illik pedoqoji fəaliyyətimdə və hazırda 3 illik direktor fəaliyyətimdə şagirdələrə maksimum elm öyrətməyə çalışmışam. Müəllimlərlə münasibətim çox yaxşı olub və hamı məni mehriban, mərhəmətli biri kimi tanıyır. Xahiş edirəm o sözləri işlətməsinlər.

Direktor həmçinin bildirir ki, TV verlişlərdə onun zənglərə, ittihamlara cavab verilmədiyi qeyd edilir bu isə tamamən yalandır:

"Tv kanallarda gedən verilişlərdə aparıcılar deyir ki, müəllimə zənglərə cavab vermir, bu ağ yalandır mənim telefonum hər zaman açıqdır və 2001-ci ildən bu nömrəni işlədirəm demək olar ki, hər kəsdə var.

Mən səhv hərəkət etməmişəm ki, verilən suallardan qaçım, bu bioloji eksperiment idi. Uşaqların çoxdankı istəkləri idi belə canlı, praktiki dərsin aparılması. Videoda görürsünüz ki, uşaqlar dərsi maraqla qarşılayır.

Niyə biz uşaqları ürəkli, qandan qorxmayan böyütməyək ki? Niyə yaxşı həkim, alim, araşdırmaçı olmağını istəməyək ki? Mən doğrudan da məntiqi cavab tapa bilmirəm bu "niyə" lərə", - deyə Ü.Mahmudova onu günahlandıran şəxslərə öz sözlərini bildirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər