Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68035
az

Azərbaycanda elektron tibbi reseptlər olacaq - RƏSMİ

18:2009 Aprel, 2022
191
CƏMİYYƏT
  • A

Azərbaycanda nəzərdə tutulan mühüm inkişaf prosesinin əsaslarından biri də rəqəmsal səhiyyə islahatlarıdır. İqtisadiyyatın digər sahələri kimi müasir çağırışda əsas rəqəmsal iqtisadiyyatın bir hissəsi olaraq rəqəmsal səhiyyə sistemi də çox vacibdir”. 

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. 

Nazirin sözlərinə görə, keçmiş səhiyyə paradiqmasında mərkəzdə tibb xidmətinin təminatçısı, arxasında isə tibb müəssisəsi və avadanlıq dayanırdı. 

“Yeni paradiqma isə sırf pandemiya dövrü ilə bağlı faktiki olaraq gündəmə çıxdı və biz buna yenidən baxmağa məcbur olduq. Bütün dünya bu yolu gedir. Artıq mərkəzdə sırf vətəndaş durur, səhiyyə sistemi isə vətəndaşın ətrafında qurulur və ona əlçatanlığı təmin edir.

Rəqəmsal səhiyyə bir neçə hissədən ibarətdir. İlk növbədə elektron resept, həkim qəbuluna elektron qeydiyyat sistemidir və tibbi məlumatlar toplusunun formalaşdırılmasıdır.

Bir sözlə rəqəmsal səhiyyə strategiyası çoxmodullu istiqamətdir. Nəticədə vətəndaş bir-iki toxunuşla məqsədi üzrə səhiyyə sistemi ilə təmasda olacaq”, - deyə nazir əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
İmişlidə evdə yanğın oldu

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO