Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67706
az

Mövsümü allergiyalar və onunla mübarizə

00:5902 Aprel, 2022
530
  • A
Mövsümü allergiyalar martın əvvəllərindən iyulun ortalarına qədər davam edir. Bu da əsasən mövsümü çiçək və otların təsirindən yaranır. Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar.
 
OXU24.COM bildirir ki, həkim-terapevt Sevinc Zeynalova mövsümü allergiyaların xarakterik xüsusiyyətlərindən danışarkən deyib: "Bu, özünü fərqli formada göstərə bilər, məsələn, allergik konyunktivit, gözün selikli qişasında qızarma, qaşınma, göz yaşı axması, allergik rinit - yəni burunun selikli qişasında qaşınma, burun qızarması, asqırma, burun axması ilə büruzə verə bilər və çox vaxt onu kəskin respirator virus xəstəlikləri ilə səhv salırlar. Mövsümü allergiya allergik faringit, allergik bronxit, boğazda olan qaşınma, tutmaşəkilli öskürək və hətta bronxial astma tutması ilə də nəticələnə bilər".
 
Hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz, fındıq, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, müəyyən ədviyyatlar, eləcə də yağlı şirin məhsulların istifadəsi istisna edilir, yaxud da ən azı ciddi şəkildə məhdudlaşdırılır.
 
Bir sıra mədə-bağırsaq xəstəliklərinin yaz-payız aylarında baş qaldırdığını bildirən həkim-terapevt deyib: "Mövsümü allergiyası olanlar həmin fəsildə adi allergenlərdən - məsələn, yumurta, süd, şokolad, pomidor və s. məhsullardan uzaq olmalıdırlar. Həmin məhsullar allergen olduğuna görə mövsümü allergiyası olanların ondan istifadəsi allergik reaksiyaları kəskinləşdirə bilər. Allergiya xəstəsi olan evdə heyvan saxlanılırsa, onun da təmizliyinə diqqət yetirilməli və yataq otağına buraxılmamalıdır".
 
Mütəxəssislər qeyd edirlər ki, çiçəkləmə dövründə yaz fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərin yağışlı havada gəzintisi faydalıdır, lakin meşəyə və parka getmək tövsiyə olunmur. Bundan başqa əgər otaqda kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman tozcuqların otağa daxil olmasının qarşısını almaq üçün pəncərələrə cuna tutmaq olar. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi