Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67699
az

Səhər yeməyindən imtina etsəniz...

22:2801 Aprel, 2022
358
CƏMİYYƏT
  • A

Qida qəbulunda çox uzun fasilələrin edilməsi sağlamlığa mənfi təsir edir.

OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, endokrinoloq Aleksey Kalinçevin müsahibəsində bildirdiyinə görə, səhər yeməyindən tam imtina edən insanlar mədə-bağırsaq traktına zərər vurmaq riski ilə üzləşirlər.

"Səhər yeməyindən imtina edilməsi və ya qida qəbulu arasında uzun fasilələr mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsinə səbəb olur", - deyə Kalinçev xəbərdarlıq edib.

Həkim qeyd edib ki, adi səhər yeməyi əvəzinə səhərlər acqarına və ayaqüstü qəhvə içmək vərdişi qastritin yaranmasına səbəb ola bilər - xüsusən də belə vərdişi olan insan üstəlik siqaret çəkirsə. Bir müddət sonra səhər yeməyindən bu şəkildə imtina edilməsi istər-istəməz xoşagəlməz simptomlara, ağrı sindromuna səbəb olacaq.

Endokrinoloqun sözlərinə görə, bu gün yetkin əhali arasında məktəb vaxtından qalan həzm problemi olmayan insan tapmaq demək olar ki, mümkün deyil - bir çoxunda, xroniki formada qastrit və ya pankreatit aşkar edilə bilər. Səhər yeməyindən imtina edilməsi, nizamsız qida qəbulu, ayaqüstü qida qəbulu, acqarına çətin həzm olunan yeməklər və içkilərin qəbulu problemlərin daha da ağırlaşmasına gətirə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün ard-arda maqnit qasırğası olacaq - RƏSMİ
Dördüncü kurs tələbəsi vəfat etdi
Yağış, dolu, sulu qar... - Faktiki hava AÇIQLANDI

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...