Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67657
az

Həzrət Əli sirrini quyuya niyə deyirdi?

00:2301 Aprel, 2022
371
CƏMİYYƏT
  • A

Həzrət Əli (ə) sirrini quyuya niyə deyirdi?Meysəm Təmmar deyir: "Gecələrin birində Mövlam Əmirəl-möminin (ə) məni özü ilə Kufəyə apardı və səhraya tərəf getdim.

Cəfi məscidinə çatan zaman üzünü qibləyə çevirdi və dörd rükət namaz qıldı. Salamları deyib təsbih etdi və əllərini dua üçün qaldırıb buyurdu:"Allahım! Səni necə çağırım ki, günahını etmişəm?

Səni necə çağırım ki, Səni tanımışam və məhəbbətin qəlbimdə yer almışdır? Mən günahla dolu əllərimi Sənə tərəf açıram və ümid dolu gözlərimi sənə dikmişəm.
Pərvərdigarım! Sən bəxşişlərin Malikisən və mən isə büdrəmələrim əsiri.

Kərimlərin əxlaqındandır ki, əsirlərlə mehriban davransınlar. Mən özümün cinayət və günahlarımın əsiriyəm. Allahım! Necə də dardır o yollar ki, Sən yolgöstərəni olmayasan və necə də qorxuludur o yol ki, Sən onda munis olmayasan"".

Meysəm Təmmar deyir: "Səsini alçatdı və sakit dua etdi. Səcdəyə getdi və üzünü torpağa sürtdü. Bu vəziyyətdə yüz dəfə "Əl-əfv" dedi. Sonra ayağa qalxıb, həmin məsciddən çıxdı. Səhraya yollandı və mən də ardınca getdim.

Bir yerə çatdıq ki, Həzrət (ə) oradan xətt çəkdi və buyurdu ki, məbada bu xəttdən keçəsən. Mən dayandım və Həzrət (ə) təkbaşına getməyə başladı".

Meysəm deyir ki, "Öz-özümə düşündüm ki, İmamın bu qədər düşməni vardır və mən onu tək qoydum. Başına bir iş gəlsə, Peyğəmbərə (s) nə cavab verəcəyəm?

Mən qərara aldım ki, onun ardınca gedim, baxmayaraq ki, məni gəlməyi qadağan etmişdi. Mən bir yerə gəlib çatdım ki, İmamın (ə) bədəninin yarısı bir quyunun içində idi və quyu ilə danışır və quyu da onunla danışırdı.

Həzrət (ə) hiss etdi ki, mən gəlirəm və mənə buyurdu: "Kimsən?". Dedim: "Meysəməm". Buyurdu: "Ey Meysəm, məgər mən sənə əmr etmədim ki, o xətti keçməyəsən? Mənim burada dediklərimdən bir şey eşitdinmi?". Dedim: "Yox, Mövlam! Heç nə eşitmədim".

Həzrət (ə) buyurdu: "Ey Meysəm! Mənim sinəmdə hacətlər və xahişlər vardır ki, sinəm ona görə daralır və yorulur. Yeri əlimlə qazıram və sirrimi ona deyirəm. Nə zaman torpaq göyərər və ondan dənələr çıxar, həmin dənələr mənim torpağa əkdiyim sirdəndir"".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər