Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67533
az

Güclü külək bu rayonlarda fəsadlar törətdi - Kənd işıqsız və qazsız qaldı - VİDEO

20:3029 Mart, 2022
249
CƏMİYYƏT
  • A

Ötən gün axşam saatlarında başlayan güclü külək Oğuz və İsmayıllıda bir sıra fəsadlar törədib. Elektrik və qaz təsərrüfatlarına ciddi ziyan dəyib. Bir sıra tikililərin dam örtükləri dağılıb. 

OXU24.COM  Xəzər TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Oğuz rayonunda əsən şiddətli külək Xaçmaz kəndində diametri bir metrdən böyük olan şabalıd ağacını kökündən qoparıb. 

Ağacın aşması nəticəsində əhalisi 8000 nəfərdən çox olan kəndin əsas qaz və işıq xətti sıradan çıxıb. Nəticədə sakinlər qazsız-işıqsız qalıblar. 

İri gövdəli ağac aşandan sonra xaçmaz və filfilli kəndlərinin yolu kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ağac ərazidən götürülüb və hərəkət bərpa edilib. 

Güclü külək İsmayıllıda da bir sıra fəsadlar törədib. Rayon Sakini Qurbanxan Mustafayevə məxsus tövlənin dam örtüyü yararsız vəziyyətə düşüb. 

Topçu kəndində isə orta məktəbin dam örtüyü dağılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, şiddətli küləyin törətdiyi fəsadlar barədə onlara məlumat daxil olub. Yaraldılmış  komissiyasının nümayəndələri hadisə yerlərinə baxış keçirib. Əvlərə və məktəbə dəymiş ziyanın qısa müddətdə aradan qaldırılacağı bildirilib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya tərəfi zərbə videosu yaydı
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı