Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67299
az

Lənkəran mətbəxinin incisi - Balıq sırdağı - VİDEO - FOTO

02:1724 Mart, 2022
208
CƏMİYYƏT
  • A

Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu ölkəmizdə qonaq olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün zəngin Azərbaycan mətbəxindəki yeməklərdən biri haqqında danışacağıq. Bu, balıq sırdağıdır.

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, balıq sırdağı talış mətbəxinin əsas yeməklərindən biri sayılır. Aşpaz Nüsrət Səlimov deyir ki, talış mətbəxində balıq və göyərtidən çox istifadə olunur. Nəticədə həm dadlı, həm də xeyirli yeməklər hazırlanır. Bu yeməklərdən ən məşhuru və seviləni balıq sırdağıdır: "Adından da göründüyü kimi, bu yeməyi hazırlayarkən, ilk növbədə, bizə balıq lazımdır. Bu yemək sümüyü az olan balıqlardan hazırlansa yaxşı olar. Balıqlardan daha çox qızıl balıq, nərə balığı, kütüm və sazandan istifadə edilir. Bizə bu dadlı yeməyi bişirmək üçün 3-4 dəstə cəfəri və pomidor, alça, sarımsaq, abqora və 200-300 qram kərə yağı lazımdır. Əvvəlcə balıq doğranır, zövqə görə duz, istiot əlavə edilir. Sonra isə isti tavaya atılır. Bu vaxt ərzində cəfəri və sarımsaq doğranaraq hazır vəziyyətə gətirilir. Daha sonra göyərti və sarımsaq tavaya tökülür. Pomidor isə halqavari şəkildə doğranılır və balığın üzərinə yığılır. Ərzaqları ikiqat olmaqla bu cür yığdıqdan sonra abqora tökülür, yenə zövqə uyğun duz və istiot əlavə olunur. Sonda isə bir stəkan həcmində su əlavə edilir və bişməsi üçün ocaq üzərinə qoyulur. İyirmi dəqiqədən sonra yemək hazır olur".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR