Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67265
az

Qaçqınlara yardım üçün Nobel medalını satı

23:5722 Mart, 2022
288
CƏMİYYƏT
  • A

Moskvada çıxan müstəqil "Novaya gazeta"nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını hərraca çıxarır. O, Rusiyanın səbəbsiz müharibəsinə görə ölkəsindən qaçmalı olan ukraynalı qaçqınlara kömək üçün pul yığacaq.

Muratov Nobel Sülh Mükafatına 2021-ci ildə, jurnalist kimi həqiqəti aşkarlamaq uğrunda mübarizəsinə görə layiq görülüb. O, martın 22-də qəzetində yazıb ki, bu addımı müharibənin milyonlarla ukraynalını didərgin saldığı məqamdan atır.

Muratov mükafata Filippin hökumətini tənqid edən Rappler xəbər vebsaytının həmtəsisçisi Mariya Ressa ilə birlikdə layiq görülüb.

"Novaya gazeta" baş redaktoru ilə birlikdə Ukraynada beş addımın "təcili" icrasına çağırır - atəşkəs, hərbi əsirlərin dəyişdirilməsi, meyitlərin repatriasiyası, humanitar dəhlizlərin yaradılması və qaçqınlara yardım.

Fevralın 24-də müharibə başlayandan onminlərlə Rusiya əsgəri Ukraynaya girib, ölkənin ayrı-ayrı yerləri intensiv raket zərbələrinə məruz qalır, küçə döyüşləri gedir.

Martın əvvəlindən Muratovun qəzeti senzuraya görə Ukraynada baş verənləri işıqlandırmır. Çünki hökumətin kursunu dəstəkləməyən jurnalistləri kriminal təqib gözləyir.

Mediaya nəzarət orqanı "Roskomnadzor" Rusiyanın Ukraynada törətdiklərini işğal, yaxud müharibə adlandırmağı qadağan edib, "xüsusi hərbi əməliyyat" ifadəsini işlədir.

Prezident Vladimir Putinin martın 5-də imzaladığı qanunda bu qaydanı pozanlar şəxslər üçün 10 ilədək həbs nəzərdə tutulub. Rusiya ordusu haqda "bilərəkdən saxta informasiya" yaymağa görə 15 ilədək həbs gözlənir.

Muratovun açıqlamasından bir neçə saat öncə Rusiyanın VKontakte sosial media şəbəkəsi müxalifətçi Aleksey Navalnı, Moskva bələdiyyəsinin müxalifətdən olan üzvü İlya Yaşinin, Navalnının komandasının Ukraynadakı müharibə haqda postlarını bloklayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransada Natəvanın vandalizmə məruz qalan heykəli bərpa olundu - FOTO
Ən yüksək balı bu məktəbin məzunu topladı
Bayden Ukrayna ilə bağlı əmr imzaladı: 400 milyon dollar...

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO