Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66921
az

Tələbə qəbulundakı dəyişikliklə bağlı AÇIQLAMA

22:3014 Mart, 2022
351
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarında dəyişiklik edilib.

OXU24.COM xəbər verir ki, Nazirlər Kabineti qərarla bağlı açıqlama yayımlayıb.

Bildirilib ki, bu dəyişiklik "İnformatika müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi", "Kompüter elmləri", "İnformasiya təhlükəsizliyi", "İnformasiya texnologiyaları", "Kompüter mühəndisliyi", "Mexatronika və robototexnika mühəndisliyi", "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" və "Sistemlər mühəndisliyi" ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin informatika fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib.

Təklif edilmiş dəyişiklik adıçəkilən Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nın 1 nömrəli əlavəsi - "İxtisas qrupları və ixtisaslar"da da nəzərdə alınmışdır və I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsini əks etdirir.

Eyni zamanda, adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı  artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Dələduzluq edən paytaxt sakini həbs edilib