Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66802
az

Rusiyanın ən zəngin adamından Putinə XƏBƏRDARLIQ: Sərvətinin dörddə biri uçub getdi

22:0612 Mart, 2022
356
CƏMİYYƏT
  • A


Sanksiyalardan milyardlarla dollar zərər görən Rusiyanın ən zəngin iş adamı Vladimir Potanin Ukraynaya müdaxilədən sonra Qərbin sanksiyalarına öz sanksiyaları ilə cavab verməyə hazırlaşan Kremlə xəbərdarlıq edib.

OXU24.COM  -un məlumatına görə, metal nəhəngi Norilsk Nikelin (NILSY) rəhbəri və ən böyük səhmdarı Vladimir Potanin vurğulayıb ki, Rusiya Qərb şirkətləri və investorlarına qapını bağlasa, 1917-ci il inqilabının təlatümlü günlərinə qayıtmaq riski var.

Potanin Rusiya hökumətini aktivlərin ələ keçirilməsi ilə bağlı son dərəcə ehtiyatlı olmağa çağırıb.

Norilsk Nikel dünyanın ən böyük palladium və yüksək keyfiyyətli nikel, həmçinin əsas platin və mis istehsalçısıdır. Şirkət və onun əsas məhsulları Rusiya iqtisadiyyatını çökdürən Qərb ölkələrinin tətbiq etdiyi cəza sanksiyalarından xilas ola bilib.

Sərvətinin dörddə birini itirdi

“Bloomberg”in məlumatına görə, Rusiyanın ən zəngin milyarderi Potaninin sərvəti bu il “Norilsk Nikel”in səhmlərinin düşməsi nəticəsində sərvətinin təxminən dörddə birini itirməsinə baxmayaraq, hələ də təxminən 22,5 milyard dollar sərvəti var. London birjasında şirkətin səhmləri 90 faizdən çox dəyər itirib.

“Norilsk Nikel”in rəhbərinin yaydığı mesajda bildirilir: “Birincisi, biz onilliklər ərzində belə bir addımın nəticələrini yaşayacağıq. İkincisi, bir çox şirkətlərin Rusiyadakı fəaliyyətini dayandırmaq qərarı, mən deyərdim ki, bir qədər emosional xarakter daşıyır. Bu qərar beynəlxalq ictimaiyyətin görünməmiş təzyiqi nəticəsində qəbul edilmiş ola bilər. Ona görə də çox güman ki, bu şirkətlər geri qayıdacaqlar”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
Kür çayı daşdı, bir sıra fəsadlar yaratdı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO