Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66648
az

Əmək pensiyası maddi yardımla birlikdə nə qədər artacaq? — RƏSMİ

21:3809 Mart, 2022
887
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə həyata keçirilən ardıcıl və genişmiqyaslı sosial islahatlar çərçivəsində sosial ödənişlərin, o cümlədən, pensiyaların 2022-ci ilin əvvəlindən növbəti dəfə artırılması təmin edilib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasında artıma imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talibov Trend-in sualına cavabında bildirib.

O qeyd edib ki, bununla yanaşı, bu ilin əvvəlindən bütün pensiyaçıların pensiyalarında da artım olub.

Belə ki, pensiya (qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslər istisna olunmaqla) ötən ilin orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və əlavə olaraq pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb. 1,1 milyon pensiyaçının pensiyalarında ilin əvvəlindən artım edilib və bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 milyon manat ayrılıb.

“Digər pensiyaçılara, yəni qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslərə (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) də bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi (pensiya ilə birgə) nəzərdə tutulub. Bununla onların da pensiyalarında 10 faiz artım olub (misal üçün, 1200 manat pensiya alan şəxsin pensiyasına 120 manat da maddi yardım əlavə olunmaqla hər ay 1320 manat alacaq). Bunun üçün də illik əlavə 86 milyon manat vəsait ayrılıb", - deyə nazirlik rəsmisi qeyd edib.

Beləliklə, həm minimum pensiya 20 faiz artıb, həm qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslərin pensiyaları, həm də digər pensiyaçıların pensiyaları artırılıb.

Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
DİQQƏT! Bakıda bu ərazidə söküntü başladı - RƏSMİ

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO