Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66449
az

Ukraynalı oliqarx villasında asılı halda tapıldı

17:2504 Mart, 2022
309
CƏMİYYƏT
  • A

OXU24.COM xəbər verir ki, əvvəlcə milyarderin intihar etdiyi düşünülüb. Daha sonra isə polis onun ölümünü "naməlum" adlandırıb.

Onun cəsədi villasının həyətindəki qarajda tapılıb. 66 yaşlı iş adamının ölümü haqda açıqlamada "Bizə fevralın 28-də bununla bağlı zəng gəldi ki, kişi cəsədi tapılıb. O, asılmış halda tapılıb. Təcili yardım çağrıldı, amma həkimlər şəxsin öldüyünü bildirib. Onun yaxınlarına bununla bağlı məlumat verilib. Hazırda araşdırmalar gedir, amma hələ ki, heç bir şübhəli hal görülməyib" sözləri qeyd edilib.

Uotfordun yaxın dostunun sözlərinə görə, onun ürəyi biznesində baş verənlərə görə dayana bilər. Biznesmenin ailəsi və hazırda həmin evdə yaşayan anası bu haqda danışmaqdan imtina edib. Milyarderin ölümü ilə bağlı araşdırmalar isə davam edir.

Qeyd edək ki, ukraynalı biznesmenin həyat yoldaşı da bundan əvvəl Londonda qəribə hadisədə dünyasını dəyişib. Londona köçəndən sonra iş adamı Tolstoşey soyadını Uotforda dəyişib. Milyarderin hazırda 41 yaşlı həyat yoldaşı ceyn və müxtəlif evliliklərdən olan 3 övladı qalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
Kür çayı daşdı, bir sıra fəsadlar yaratdı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO