Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66420
az

İnsanlar maska taxmaqdan bezib - Həkim

20:5703 Mart, 2022
346
  • A

İnsanlar maska taxmaqdan bezib.

OXU24.COM Axar.az-a istinadən xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Türkiyədə tibbi maska taxmaq məhdudiyyətinin ləğvi haqda danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar qoyulan məhdudiyyətlər yavaş-yavaş aradan qaldırılacaq:

"Hər halda Türkiyədə kifayət qədər böyük və inkişaf edən bir səhiyyə var. Omikron ştammı demək olar ki, vaksindən çox fəaliyyət göstərdi, yəni kollektiv immunitetin yaranmasında ciddi bir rol oynadı. Omikron ştammına vaksin olunan və olunmayanların hamısı xəstələndi. Görünən odur ki, Omikron ştammının göstərdiyi perfomansı nəzərə alaraq, belə bir qərar verilib. Qərar hardasa başadüşüləndir".

Adil Qeybulla bu qərarı vəziyyətə uyğun, pandemiya müddətində əhalinin əsas qismində immunitetin yaranmasını nəzərə alaraq verilən optimal, adekvat qərar hesab edir.

Qeyd edək ki, Türkiyədə tibbi maska taxmaq məcburiyyəti ləğv olunub. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Artıq açıq havada və havalandırılması olan qapalı yerlərdə maska taxmaq qaydası aradan qaldırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı