Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66412
az

“Qida məhsullarının qablaşdırlmasında ciddi problemlər var” - AÇIQLAMA

18:5103 Mart, 2022
282
CƏMİYYƏT
  • A

Azərbaycanda qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair tələblər müəyyən edilir.

Bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində qeyd edilib ki, qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır. Qida məhsullarının etiketlənməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:

İstehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli; məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməli; həmin qida məhsullarına xas olmayan təsir və ya xassələri göstərilməməli; eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim etməməli; təbii mineral sular və xüsusi təyinatlı qida məhsulları istisna olmaqla, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli; kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.

Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizimyol.info saytına açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sözlərinə görə, daha çox maye halında olan qida məhsularının qablaşdırılmasının dəyişdirilməsinə ehtiyac var.

“Çünki bir çoxları plastik qablaşdırmalardadır. Məsələn, sular, şirələr, süd məhsulları və s. bu siyahıya daxildir. Çox təəssüflər olsun ki, bəzən biz spirt təkibli mayelərin də plastik qablaşdırılmalarda olduğunu görürük”.

Eyyub Hüseynovun sözlərinə görə, digər bir məsələ isə etiketlədirmə məsələsidir. “Malların etiketləşdirilməsində də çox böyük problem var. İstahlakçının mal haqqında informasiya alması hüququ pozulur. İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır. İstehlakçının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur. “Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki, ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin , yəni vətəndaşlarımızn milli dildə məlumat alma hüququnun de-fakto olaraq tanınması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də, bu məsələ həll olunmadan qalır. Ən acınacaqlı hal isə məhz İrandan idxal edilən ərzaq mallarındadır. AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür, lakin ərzaq malları üçün çox mühüm göstərici olan istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldığını görürük”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı