Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66311
az

Navalnının komandası Müharibə Əleyhinə Hərəkat yaratdı - XALQA MÜRACİƏT

13:3901 Mart, 2022
347
CƏMİYYƏT
  • A

Rusiya müxalifəti vətəndaş itaətsizliyinə çağırır.

Rusiya müxalifətinin lideri Aleksey Navalnın komandası Putinin Ukraynada apardığı müharibəyə qarşı vətəndaş itaətsizliyi kampaniyası elan edib. Navalnının komandası vətəndaşları sosial şəbəkələrdə çıxışa və etiraz aksiyalarında iştiraka çağırıblar. Bundan başqa hərbçilərdən ölkə rəhbərliyinin cinayətkar əmrlərini yerinə yetirməmək, dövlət işində çalışan məmurlardan vəzifələrini icra etməmək tələb olunur.

Putinin tarixdə beynəlxalq cinayətkar, terrorçu və qatil kimi qalacağını qeyd edən müraciət müəllifləri onun cinayətlərinin məsuliyyətini nəsillər boyu Rusiyanın daşıyacağı ilə bağlı xəbərdarlıq ediblər.

Müraciətdə müxalifət liderinin tərəfdarları xalqı biganə qalmamağa, vətəndaş itaətsizliyi kampanaiyasına qoşulmağa və müqavimət göstərməyə çağırıblar.

Aleksey Navalnın komandasının aparıcı üzvülərindən biri olan İlya Yaşin ötən günmüraciətyaradıldığını elan edib və xalqı bütün ölkə boyu müharibə əleyhinə çıxışlara çağırıb.

Navalnın dostu, Yekaterinburqun keçmiş meri Yevgeni Royzman Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı günü “milli rüsvayçılıq günü” adlandırıb, prezident Putini Hitlərə, Rusiyanı isə faşist Almaniyasına bənzədib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər