Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66258
az

Canavarlar kəndə hücum etdi: Heyvanları parçalayıblar - VİDEO

19:5428 Fevral, 2022
208
  • A

Şamaxıda canavarlar kənd sakinlərini təngə gətirib. 2-3 gündən bir onlar həyətlərə hücum edərək ziyan vurular. Son 1 ayda  canavarlar 19 iribuynuzlu heyvana xəsarət yetirib, 2-ni parçalayaraq öldürüb.

OXU24,COM Xəzər TV-yə istinadən xəbər verir ki, dünən günorta saatlarında Şamaxının Aşağı Çağan kəndində canavarlar iri buynuzlu mal qaraya hücüm edib. Hadisə nəticəsində 12 baş heyvana xəsarət yetiriblər. Kənd sakinlərinin sözlərinə görə bu son bir ayda canavarların kəndə 5 ci hücumudur. 

Sakinlər bildirir ki,  hər dəfə kəndin daha da yaxınlığında baş verən hücumlar nəticəsində ümumilikdə 19 iri buynuzlu  heyvana xəsarət yetirilib, 2 heyvan isə tələf olub. Sakinlər şikayətlənirlər ki, onlara canavarları vurmağa, öldürməyə icazə verilmir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "XəzərXəbər"ə bildirib ki, vəhşi heyvanları icazəsiz ovlamaq olmaz. Vətəndaşlar nazirliyin ərazi üzrə idarələrinə bunu bildirməlidirlər.

Qeyd edək ki, Aşağı Çağan kəndində 20 ailə məskunlaşır və onların əsas məşğuliyyəti heyvandarlıqdır.  Təsərrüfatlar mart, aprel, may aylarında canavarların  daha çox hücumuna məruz qalır.  

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə səfiri Füzulidən paylaşım etdi - FOTO/VİDEO
Avtomobillərdən bank kartları oğurlamaqda şübhəli bilinən şəxs tutuldu - VİDEO
29 müəssisədə nöqsanlar aşkarlandı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO