Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
BÜTÜN XƏBƏRLƏR
65811
az

Hacı Etibar Həsənov 5 milyardı necə mənimsəyib? - “MTN çetesi”nin gizli siması

18:5823 Fevral, 2022
249
  • A

Hacı Etibar Həsənovu keçmiş MTN “şef”i Eldar Mahmudovun əmisi oğlu ilə nə birləşdirir?

O, eks RYT nazıri Əli Abbasovla əlaqəyə girərək Gəncədəki ATS-i alıb və yerində «Məşədi İbad» hamamı, otel tikdirib 1978-ci ildən helikopter mühərriklərinin təmirini həyata keçirən, Müdafiə Nazirliyinin nəzdində N saylı hərbi hissə kimi fəaliyyət göstərən Gəncə Aviasiya Təmiri Zavodu və onun direktoru Hacı Etibar Həsənovla bağlı Reallıq TV – yə kifayət qədər ilginc bilgilər daxil olduğundan onları sizlərlə paylaşmaq istərdik. Beləliklə, adıçəkilən zavodun əsas fəaliyyətinin vertolyotların mühərriklərinin təmiri ilə bağlı olduğunu vurğulayan məlumatlı şəxsin Haqqınsəsi.com-la bölüşdüyü informasiyada deyilir ki, Gəncə Aviasiya Təmiri Zavodunun aylıq gəliri 2-3 milyon manat həcmində hesablanır.

Gəncə Aviasiya Təmiri Zavodu Etibar Həsənov üçün əlverişli yeyinti mənbəyidir

Mənbənin sözlərinə görə, bu, onu göstərir ki, adıçəkilən müəssisə Hacı Etibar Həsənov üçün olduqca əlverişli yeyinti mənbəyidir: «Deyilənlərə görə, zavodda təmir olunan mühərrik və reduktoların hərəsinin öz təmir qiymətləri var. Bu xidmətin qaşılığında zavodun büdcəsinə külli miqdarda vəsait köçürülür. Bildirilir ki, həmin vəsaitlərin böyük bir hissəsi direktor Hacı Etibar Həsənovun şəxsi büdcəsinə yönəldilir. Hər ay ən azı 10 mühərrik və ya reduktor təmir olunduğunu nəzərə alsaq, o zaman zavodun aylıq gəlirinin milyonlarla ölçüldüyünü demək olar. Məsələnin maraqlı tərəfi ondadır ki, bu qədər gəlirin qarşılığında zavod rəhbərliyi işçilərə olduqca az əməkhaqqı verir. Elə isə bu qədər vəsaitin hara və necə xərclənməsilə bağlı ortaya ciddi suallar çıxır».

Onun oğlu Orxan Həsənov dəbdəbəli həyat tərzi ilə seçilir

Gəncə Aviasiya Təmiri Zavodunun direktorunun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla yaxın münasibətdə olduğunu iddia edən məlumatlı şəxs qeyd edir ki, Hacı Etibar Həsənov məhz bu səbəbdən uzun müddət üzləşdiyi problemləri asanlıqla yoluna qoymağı bacarıb: «Deyilənlərə görə, Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov Gəncə Aviasiya Təmiri Zavodunun direktoru Hacı Etibar Həsənova «krişa»lıq edib.

Buna görə də adıçəkilən müəssisənin rəhbəri heç kimdən və heç nədən çəkinmədən uzun müddət öz bildiyini edib. Onu da nəzərinizə çatdırım ki, Hacı Etibar Həsənovun hazırda Gəncədə bir neçə oteli, nəhəng biznes strukturları var. Onun oğlu Orxan MTN-də məsul vəzifədə çalışıb. Bildirilir ki, bu məsələdə Hacı Etibar Həsənova Vüqar Mahmudov yaxından köməklik göstərib.

Yeri gəlmişkən qeyd edim ki, zavod direktorunun oğlu Orxan Həsənov gecələr bar «Park İNN»də olur.

Ümumiyyətlə, onun oğlu dəbdələi həyat tərzi ilə seçilir. Hazırda Azərbaycanda Hacı Etibar Həsənov qədər pullu, imkanlı şəxs çox az adam tapılar». Zavod direktorunun Çexiyada Marinskdə kazinoyla üz-üzə dəyəri milyonlarla ölçülən əzəmətli evi var.

Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, bir müddət əvvəl Gəncə Aviasiya Təmiri Zavodunda nə az, nə çox düz 5 milyardlıq yeyinti olub. Buna görə birbaşa Hacı Etibar Həsənovun məsuliyyət daşıdığını deyən mənbənin bildirdiyinə görə, zavod direktoru külli miqdarda sərvətə sahib olsa da, nədənsə onun adı heç yerdə hallanmır: «Deyilənlərə görə, o, bir müddət əvvəl sabiq Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasovla əlaqəyə girərək Gəncədə yerləşən 2 saylı 52 ATS alıb və yerində «Məşədi İbad» hamamı, otel tikdirib.(haqqinsesi).Bildirilir ki, onun Çexiyada Marinskdə kazinoyla üz-üzə dəyəri milyonlarla ölçülən əzəmətli evi var.

Qeyd olunur ki, Hacı Etibar Həsənov bu qədər sərvətə məhz Gəncə Aviasiya Təmiri Zavodunda aparılan şişirtmələr, yeyintilər hesabına yiyələnib».

Reallıq Tv qeyd edir ki, o mərhum general-leytenant Rail Rzayevin zamanında da külli miqdarda yeyintiyə yol verib Hacı Etibar Həsənovun Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, mərhum general-leytenant Rail Rzayevin zamanında da külli miqdarda yeyintiyə yol verdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, həmin dönəmlərdə bu məsələnin üstü açılsa da, Gəncə Aviasiya Təmiri Zavodunun direktoru ilə bağlı heç bir ölçü götürülməyib:

«Deyilənlərə görə, həmin vaxt Hacı Etibar Həsənovun dadına yenə də Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov çatıb.

Belə ki, onun müdaxiləsindən sonra zavod direktorunun iştirakçısı olduğu yeyinti faktı ört-basdır edilib və Etibar Həsənov heç nə olmamış kimi işinə davam edib. Onu da nəzərinizə çatdırım ki, Gəncə Aviasiya Təmiri Zavodunun direktoru və yaxınlarının sürdüyü ən ucuz avtomobilin qiyməti 100-200 min manat təşkil edir. Hələ bu, harasıdır. Bildirilir ki, o, rəhbərlik etdiyi müəssisədə ən mühüm postlara məhz öz adamlarını təyin edib».

Hacı Etibar Həsənovu həbsdən kim və necə qurtarıb?

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü