Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65566
az

SON DƏQİQƏ! Prezident Qanunu imzaladı

12:4919 Fevral, 2022
1499
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. 

Oxu24.com  xəbər verir ki, ununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb. 

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsin 428-1-ci maddə əlavə edilir:

Maddə 428-1. Turizm haqqında qanunvericiliyin pozulması

Həmçinin oxu:  SON DƏQİQƏ! Baş nazir qaz və işıqla bağlı qərar imzaladı

 

428-1.1. Sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

428-1.2. Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

428-1.3. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir.

428-1.4. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə edilir.

428-1.5. Bu Məcəllənin 428-1.3-cü və 428-1.4-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.

SON DƏQİQƏ! Prezident onu rektor təyin etdi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı