Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65528
az

“Vilyam Hacıyev medalı sinəmə taxmaq üçün 1000 manat istədi”

18:1718 Fevral, 2022
301
CƏMİYYƏT
  • A

Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə rayonda bələdiyyə sədri işləmiş Qəhrəman Qəhrəmanov ifadə verib. O, bu vəzifəyə keçmək üçün Vilyam Hacıyevə 10 min manat rüşvət verdiyini deyib: “3 kənd üzrə bir bələdiyyə sədri təyin olunurdu. Kredit götürüb haqqımı verib sədr seçildim. 2014-2019-cu illərdə bələdiyyə sədri olmuşam. Bundan başqa SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə medal göndərmişdilər. Vilyam Hacıyev dedi ümumi iclasda medalı sənə təqdim etmək üçün 1000 manat verməlisən. Sonra 500 manata razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri seçki ilə seçilməli idi, amma mən qanunsuz seçilmişəm, Vilyam Hacıyevə haqq vermişəm”.

Şahidin ifadəsinə etiraz bildirən Vilham Hacıyevin sözlərindən məlum olub ki, keçmiş icra başçısı bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə şikayət edib: “Bu adam yalan danışır. O qanunsuz işlədiyinə görə şikayət etmişəm. Araşdırma aparılıb və ona İmişli rayon məhkəməsinin qərarı ilə həbs cəzası verilib”.

Məlum olub ki, Q.Qəhrəmanov barəsində həqiqətən də məhkəmə qərarı olub və o 15 sutka həbs yatmaqla yanaşı, 2 min manat cərimə edilib.

Vilyam Hacıyevin vəkili bələdiyyə sədrinə sual verib ki, “əgər siz Vilyam Hacıyevə pul vermişdizsə, niyə sizi şikayət edirdi?”. Şahid cavabında bunun rayon ərazisindəki göllə bağlı olduğunu bildirib.

Daha sonra İH-in şöbə müdiri Mirzə Quliyev ifadə verib: “Mən kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişəm. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft Şirkəti tərəfindən köçürülən 150 min manatı bankdan götürüb Vilyam Hacıyevə vermişəm”.

Şöbə müdiri vəzifəsini itirməkdən qorxduğu üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini deyib.

Daha sonra İH-in Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib. O, Dövlət İdarəçilik Akademiyasına qəbul olunmaq üçün başçının köməkçisinə 2 min verdiyini deyib: “Administirasiyadan müraciət gəlirdi ki, məsləhət olunan əməkdaşların adlarını idarəçilik təhsili ilə bağlı göndərin. Mənim adım birinci dəfə göndəriləndə imtina gəlmişdi. Ona görə də başçının köməkçisi Füzuli müəllimə müraciət etdim. O da akademiyaya qəbul olunmağım üçün 2 min manat istədi, mən də verdim”.

Proses fevralın 21-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı