Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6535
az

Azərbaycanda yeni çəkilən yolun altından görün nə çıxdı - FOTOLAR

12:1229 Oktyabr, 2018
932
CƏMİYYƏT
  • A
 
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun "Şabran şəhəri" Tarixi Qoruğunun ərazisinə düşən hissəsində XI-XV əsrlərə aid tikinti qalıqları və maddi mədəniyyət nümunələri aşkarlanıb.

Oxu24.com  xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, həmin ərazidə sentyabr və oktyabr ayının əvvəllərində aparılan arxeoloji qazıntı işlərinin əsas məqsədi burada əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolunun "Şabran şəhəri" Tarixi Qoruğunun ərazisinə düşən hissəsindəki ərazi boyu arxeoloji qazıntı altı kvadrat qoyulmaqla aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunub. Eyni zamanda, kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən, eyni zamanda kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı də üzə çıxarılıb. Qazıntı ərazisindən su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl və göy rəngli qablar, xeyli sayda metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. tapılıb. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılıb və mədəni təbəqənin davam etdiyi müəyyən olunub.

 
Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun bildirdiyinə görə, "Şabran şəhəri" Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə, Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər