Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65343
az

Uşaq üçün dərman aldılar - Görün nə çıxdı - VİDEO

21:3814 Fevral, 2022
309
CƏMİYYƏT
  • A

12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb. Bu, həmin uşağın nənəsinin iddiasıdır. Şövkət Məmmədova "Xəzər Xəbər"ə müraciət edərək bildirib ki, uşağa bu dərmanı verəndən sonra uşağın halı pisləşib və öyüməyə başlayıb. Bu zaman uşaq 10 saat əvvəl qəbul etdiyi dərmanı olduğu kimi qaytarıb. Sahə həkimi də bu faktı təsdiqləyib. 

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, 12 yaşlı epilepsiya xəstəsi olan Şəhla Ağazadənin nənəsi Şövkət Məmmədova iddia edir ki, nəvəsi üçün adlığı dərman saxtadır. Onun sözlərinə görə, nə az nə çox, düz 9 ildir bu dərmanı istifadə etsələr də, saxta olduğunu yeni müşahidə ediblər. Uşağa dərmanı verdikdən bir neçə saat sonra dərman bədəndə ərimədən olduğu kimi ifraz olunduğunu görüb.

Şövkət Məmmədova deyir ki, sahə üzrə təyin olunmuş həkimin köməyi olmasaydı, körpənin durumu daha ağır ola bilərdi. Sözügedən həkim Nadejda Kazımova isə bildirdi ki, uşağa verilən dərman əslində rezin olub.

Məsələ ilə əlaqədar dərmanın alındığı aptekin rəhbəri ilə əlaqə saxladıq. "Xəzər Xəbər"ə bildirildi ki, dərman bütün rəsmi nəzarət proseslərindən keçib.

Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ nəzarətə götürülüb araşdırılacaq. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA