Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65204
az

SON DƏQİQƏ! Fevralın 15-dən...karantin... - Nazirdən açıqlama

21:0611 Fevral, 2022
560
CƏMİYYƏT
  • A

Fevralın 15-dən sərt karantin olacaq? - Nazirdən açıqlama
"Bu gün hər hansı məhdudlaşdırıcı addımların atılmasına zəruriyyət yoxdur. Lakin sərt karantin rejiminin olması xəstəliyin gedişatı, yoluxma sayı və xəstəxanaya yerləşdirmə ilə əlaqəli vəziyyətdən asılı ola bilər”.

OXU24.COM xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev dünən keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20 %-i, reanimasiya üzrə isə bu göstərici cəmi 10 % təşkil edir:

"Ümumilikdə isə vəziyyət qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, "Omikron” ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Bu məlumat iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilir. Artıq bir neçə şəxs reanimasiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidir".

Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq:

"Bunu əsas tutaraq hər bir az vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır”.
Advertisement

OXU24.COM xatırladır ki, sosial şəbəkələrdə fevralın 15-dən etibarən Azərbaycanda sərt karantinin tətbiq olunacağı ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO