Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65041
az

Şəxsiyyətimizi tərbiyə etməyə çalışmalıyıq

00:0209 Fevral, 2022
234
CƏMİYYƏT
  • A

İnsanın səadət və xoşbəxtliyə çatmasını, tə'min edən və onu zinətləndirən ən mühüm amil onun "şəxsiyyətidir". Bu qiymətli xəzinə insanın həyatına əzəmət bəxş edərək onu ən yüksək məqam və tərəqqiyə çatdırır. Bəşər, insan olmaq baxımından bir-birləri ilə bərabər olsalar da, şüur, tərzi-təfəkkür, psixoloji vərdiş və əxlaqi xüsusiyyətlər baxımından bir-birlərindən fərqli olurlar. Elə insanları bir-birlərindən ayıran, onlara dəyər və üstünlük verən şey də onların "şəxsiyyətidir".
Digər təsiredici amillərdən fərqli olaraq şəxsiyyətin qoyduğu təsir bir başa və daimi olur.
Bəşər bu dünyaya əxlaqi xüsusiyyətlərini daha da təkmilləşdirmək, şüur və tərzi-təfəkkür səviyyəsini təkamülə doğru istiqamətləndirmək üçün qədəm qoymuşdur. Buna nail olduqda o, özünün insani vəzifələrinin nədən ibarət olduğunu dərk edib, onu ən gözəl səviyyədə icra etməyə müvəffəq olur.
Sağlam bir şəxsiyyətə yiyələnmək və daxil qüvvələrin səadətə doğru istiqamətləndirilməsi cəmiyyət üzvlərinin hər birinin öz qarşısına qoyduğu ən başlıca məqsəd olmalıdır. İnsan bu yolda nə qədər çox fəaliyyət göstərərsə müvəffəqiyyətə də bir o qədər çox ümid bəsləyə bilər. Çünki, yüksək şəxsiyyətdən savayı heç bir şey insanın mənafeyini təmin edə, onu səadətə qovuşdura və təlatümlə dolu olan həyat dənizində üzməyə hazır edə bilməz.
"Şopen Hauer" deyir: "Şəxsiyyətlərin bir-birlərindən fərqlənməsi təbii bir haldır və onun insanların səadət və ya bədbəxçiliklərinə qoyduğu təsir insanların qoyduqları qanunlardan irəli gələn ixtilafların qoyduğu təsirdən olduqca çoxdur. İnsanın şüur, güc, mənəvi saflıq və bu kimi üstün xüsusiyyətləri həyatda əldə olunması mümkün olan var-dövlət, vəzifə və dərəcə kimi üstünlüklərlə müqayisə olunmazdır. Şüurlu bir insan yalnız bir guşəyə çəkilərək fikir və xəyala dalmaqla ən şirin duyğuları özündə hiss edə bilər. Lakin cahil və nadan insanlar həyatlarında nə qədər dəyişiklər aparıb, müxtəlif tədbirlərə əl atsalar da ruh və cisimlərinə əzab verən ağrıdan yaxa qurtara bilmirlər. "
İnsanın səadət və xoşbəxtliyə nail olmasına səbəb olan ən başlıca amillərdən biridə ağıl və şüurun güclü fəaliyyətidir. Bunun üçün də biz bu amili qoruyub saxlamaq üçün yiyələndiyimiz məlumatları daha da genişləndirməliyik.
Şəxsiyyətin gücləndirilməsi üçün atılan addımlardan biri də daxili istedad və bacarıqlardan istifadə və bəhrələnməyin yolları ilə tanış olmaqdır. Bunun üçün insan qarşısına çıxan bütün maneələri dəf etməli və bütün xoşagəlməz xüsusiyyətlərdən uzaq olmağa çalışmalıdır. Lakin o, özünün həqiqi dəyərini dərk etməyincə, heç bir müvəffəqiyyət əldə edə bilməz. Belə olduqda isə vücudunda səmərəli dəyişikliklər aparıb xoşagəlməz ünsürlərdən uzaqlaşması qeyri-mümkün bir hala çevrilir. O, nəinki təkamülə nail olmur, əksinə daha da tənəzzülə uğrayır.
İnsanın rəftarı və dediyi sözlər qəlbinin dərinliklərindən gəlməyincə heç bir dəyər və əhəmiyyət kəsb etməyəcəkdir. Şəxsiyyətin formalaşaraq sabit hal almasını yalnız o zaman bilmək olar ki, ruhun və qəlbin dərinliklərindən mənşə'lənsin. Şərəf və təkamül nişanələri də məhz belə olduqda özünü büruzə verər. Qeyri-sabit şəxsiyyət isə hər şeydən daha çox mənfi təsir bağışlayıb, öz ağrı-acıları ilə insanı uçuruma sürükləyər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...