Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65002
az

Məktəblərdə xəstəlik tüğyan edir: Siniflərin yarısı boşdur - ARAŞDIRMA

18:4108 Fevral, 2022
197
CƏMİYYƏT
  • A

Azərbaycanda epidemioloji vəziyyət yenidən neqativə doğru dəyişməkdədir. Xüsusilə də son günlər ölüm sayının artması narahatlıq doğurub. Yoluxmanın ölkə üzrə ən pik həddə çatması məktəblərdə də vəziyyəti pisləşdirib.

Belə ki, sosial şəbəkələrdə bir sıra müəllim, valideyn və şagirdlər məktəblərdə koronavirusun "Omicron" ştamına yoluxmanın çox olmasına baxmayaraq hələ də distant təhsilə keçilməməsindən şikayətlənirlər.

Bu istiqamətdə sosial şəbəkələrdə araşdırma aparılıb. 

Araşdırma nəticəsində məlum oldu ki, respublikanın bir çox məktəblərində vəziyyət həddən artıq pisdir. Hətta şikayətçi müəllimlərdən biri sinif uşaqlarının 80 faizdən çoxunun xəstə olduğu üçün dərsə gəlmədiyini bildirdi. Lakin buna baxmayaraq həmin təhsil müəssisəsi hələ də bağlanmayıb.

Neftçala şəhər Samir İmanov adına 1 saylı orta məktəbin müəllimi Flora Gülüsova bildirir ki, məktəbdə çox adam xəstədir:

"Bizim məktəbdə nə qədər müəllim, şagird xəstədir. Buna baxmayaraq hələ də məktəbimiz bağlanmayıb. Sinfin yarısından çoxu dərsə gəlmir".

Abşeron rayonu Ə.Vahid adına 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Zeynəb Babayev də şikayətçilər sırasındadır: 

"Məktəbimizdə hər 10 müəllimdən 7-i xəstədir. Şagirdlər 40 dərəcə qızdırma ilə evdə otururlar. Bu qədər xəstəliyin sürətlə yayılmasına nəzərə almırlar. Ən azı 1 həftə karantinə alınmalıyıq".

İsmayıllı rayonu, Təzəkənd kənd tam orta məktəbin müəllimi Selcan Uğur məktəbdə xəstəliyin pik həddə olduğunu vurğulayıb:

"Artıq uzun müddətdir ki, normal dərs keçə bilmirik. Hər gün nə qədər uşaq xəstəliyə yoluxduğu üçün dərsdən qalır".

Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin tarix müəllimi Pəri Hüseyn qeyd edir ki, dərsə gələn 5 müəllimdən 4-ü xəstədir:

"Təbii ki, xəstəlik olmasa, məktəblərin bağlanmasını heç kim istəməz. Amma, vəziyyət bərbaddır. Məktəbimizdə xəstəlik baş alıb gedir. Sinifə gün ərzində 5 müəllim dərsə girirsə, onlardan 4-ü xəstədir. Və ya uşaqların 80 faizi  xəstədir, dərsə gəlmir. Belə laqeydlik olmaz. Fəsadları böyük olacaq".

Lent.az xəbər verir ki, Xətai rayonu 116 saylı orta məktəbin müəllimi Günel Cəfərovanın sözlərinə görə isə yanvar ayı həm özü, həm də övladları xəstə olub:

"Yanvar ayının cəmi 6 günü sağlam olduq. Həm mən, həm övladlarım bütün ay ərzində xəstə yatdı. Bu qədər biganəlik olmaz. Məktəblər bağlanmalıdır".

Saytın əməkdaşı məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bizdə qapanma ilə bağlı bir məlumat yoxdur: "Ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bundan əlavə, məktəblərin müəyyən müddətə bağlanılması ilə bağlı məsələ nazirliyin gündəliyində deyil". 

Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov fevralın 14-dən məktəblərin 1 həftəlik bağlanmasını təklif edib:

"Bu gün məktəblərin distanta keçməsinə ehtiyac yoxdur. Biz bu vəziyyətdə sadəcə tətil elan etməliyik. Çünki şagirdlərimiz sentyabrın 22-dən fasiləsiz olaraq dərs prosesində iştirak ediblər. Fiziki, psixoloji cəhətdən həm müəllimlər, həm də şagirdlər yorulublar.

Mən təklif edirəm ki, fevral ayının 14-dən uşaqlara tətil elan edək. Bu tətil həm də koronavirusun qırılma nöqtəsi olacaq. Çünki virusun ən çox yayıldığı məkanlardan biri də məktəblərdir. Tətil yoluxmanın sayının azalmasında müsbət təsir edəcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı