Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64941
az

Komitə sədri medianı müdafiə etdi: “Dövlət məmurları bilməlidirlər ki,…”

20:5407 Fevral, 2022
217
CƏMİYYƏT
  • A



Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirlərini paylaşmaqla media nümayəndələrinə dəstəyini ifadə edib.

İnterpress.az xəbər verir ki, deputat “Facebook” profilində mərhum Heydər Əliyevin “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm” fikirini örnək göstərib.

Daha sonra Komitə sədri ölkə başçısının ictimai nəzarət ilə bağlı fikirlərinə diqqəti çəkib:

“Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir… Ona görə dövlət məmurları bilməlidirlər ki, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Qeyd edək ki, deputat Cavanşir Feyziyev ölkənin tanınmış jurnalistlərini təhqir edib və onun bu ağılasığmaz addımı kəskin ictimai qınaqla qarşılanıb. Bu gün təhqirə məruz qalan media nümayəndələri bir araya gələrək Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıblar. Müraciətdə deputat C.Feyziyevlə bağlı hüquqi addımların atılması xahiş olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada -FOTO
Bu liderlərin təyyarəsinə raketdən müdafiə sistemləri quraşdırılacaq

Ərdoğan Kamala Harrislə görüşə bilər


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı