Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64706
az

Atası Həcc ziyarəti rekordu qırır, balası BANAN SATIR... - Cibutinin dostu...

17:5003 Fevral, 2022
198
CƏMİYYƏT
  • A

Azərbaycan – Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əliabbas Salahzadənin biznesi üzə çıxıb. RegionXəbərləri.com reportyor.info-ya istinadla xəbər verir ki, onun bu əlaqələr üzrə işçi qrupunun rəhbəri olması təsadüfi deyil.

Şeyxin kürəkəni olan deputat Cibutidən xurma, banan və ədviyyat məhsullarının idxalını təşkil edir. Ümumiyyətlə, Paşazadələr bu ölkədən xurma, banan və ədviyyat idxal edir.

Təsadüfi deyil ki, onun atası sabiq deputat, 28 dəfə Həccə getmiş, Şeyxin qudası olan Hacı Qalib Salahzadədir. Hacı Qalib Salahzadə ki, adı çəkilən dairədən dəfələrlə deputat olub.

2015-ci ildə keçirilən parlament seçkiləri zamanı Həcc ziyarətindən yarımçıq geri qayıdan Qalib Salahzadə bu dəfə parlamentə düşə bilmədi. Sonrakı illərdə onun adı bir çox qalmaqallarda hallanmağa başladı.

Maraqlı burasındadır ki, ondan şikayət edən şəxslərin hamısı ya Salahzadənin vaxtilə deputat olduğu dairənin sakinləri ya da öz kəndçiləri idi. Yəni, oğul parlamentin dadını, əhəmiyyətini çox-çox qabaqdan bilirmiş.

Hətta onun qardaşı Əlihüseyn Salahzadə 2017-ci ildə “Azərsu” əməkdaşını döyməkdə təqsirləndirilərək həbs edilib. Hacı Qalib bu hadisəni də özünə qarşı müəyyən qüvvələrin işi adlandırmışdı. Amma zaman keçdi, Hacı Qalib siyasi qüvvəsini toparladı, oğlu parlamentə düşdü.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb