Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64616
az

Pandemiyanı 2015-ci ildə xəbər vermiş Bill Qeyts - "Şəhərlər boşalacaq, ofislərə ehtiyac olmayacaq"

20:0401 Fevral, 2022
231
CƏMİYYƏT
  • A

Microsoft korporasiyasının yaradıcısı Bill Qeyts rəhbərlikdən kənara çəkildikdən sonra tibb sahəsində xeyriyyəçilik, yeni layihələrə sponsorluq və dünyanın gələcəyi barədə proqnozlar verməyə kifayət qədər vaxt tapıb. Elə bil ay yoxdur ki, o müsahibələrində gələcək barədə hansısa fikrini bildirməsin.

OXU24.COM xəbər verir ki, hələ 2015-ci ildə virus xəstəlikləri, bəşəriyyəti pandemiya gözləyəcəyi barədə açıqlama verən Qeytsi elə pandemiyanın təşkilatçısı olmaqda ittiham edirlər.

O, isə bütün bunları analizləri sayəsində dediyini bildirib.

Son geniş müsahibəsində Bill vaksinlərin perspektivi, pandemiyanın sonu və pandemiyadan sonra dünyada hansı dəyişikliklər olacağı barədə sensasion açıqlama verib.

O hesab edir ki, koronavirus bizim həyatımızdan əbədi olaraq itməyəcək. Bu o deməkdir ki, dünyada ara-sıra regional olaraq xəstəlik, infeksiya alovlanmaları olacaq. Ona görə bütün ölkələrdə vaksinlər əlçatan olmalıdır.

Qeyts diqqəti virtual məkana öyrəşməyimizi də önə çəkib. Söhbət heç də xəstəliyə görə distansion təhsil və işləməkdən də getmir. Tezliklə ali təhsil, kurslar, hətta həkim müayinələri də onlayn formata keçəcək. Bu ənənə tezliklə adi normaya çevriləcək.

"Pandemiya hətta yaşayış və iş yerlərinə tələbi də dəyişəcək. Distansion təhsil və işə keçdikdən sonra insanlar artıq iş yerlərnə yaxın ərazilərdə ev axtarmayacaq. İri şəhərlər, biznes küçələri boşala bilər. İnsanlar rahatlıqla şəhərdən kənarda, daha sakit ərazilərdə yerləşib yaşayıb işləyə biləcək.

Pandemiyadan sonra sakit, uzaq, təbiətə yaxın rayonlar tələbatlı olacaq. Ofislərə bağlılıq azalacaq, heç kim ofisdən asılı olmayacaq. Ofis icarəsi, kirayəsi düşəcək. Bu da qiymətlərə təsir edəcək.Hətta iri şirkətlərin də holdinq binalarına, bahalı ofislərə ehtiyacı olmayacaq. Onlar öz aralarında birləşib, bir ofis icarələyəcək və ya növbə ilə eyni yerdən istifadə edəcəklər.

Koronavirus pandemiyası insanlığa çox şeylərdə dərs oldu. Nəticə etibarilə, bu sınaq artıq gələcək pandemiyalardan daha rahat çıxmağa zəmin yaradacaq. İnsanlar buna hazır olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ