Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64610
az

“Şuşa biabırçılığı”: Deputatın adını səhv yazdılar, təsisçi qaçır

18:5201 Fevral, 2022
283
CƏMİYYƏT
  • A

Son günlər sosial şəbəkələrdə “Zəfər Təntənəsi” təşkilatının təşəbbüsü ilə keçirilən tədbir ciddi müzakirələrə səbəb olub.

Tədbirdə tanınmış şəxslərə təqdim olunan “Şuşa” milli mükafatının üzərindəki yazılarda çoxlu hərf səhvlərinə və məna uyğunsuzluqlarına yol verilib. Bu fakt sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə çevrilib. 

Bunu tənqid edənlər arasında tanınmış jurnalist Elçin Mirzəbəyli də var. 

Məsələ barədə danışan E.Mirzəbəyli qeyd edib ki, mükafat alanların içərisində əyyaşlıqla məşğul olanlar da olub: 

“Dünən “mükafat” təqdim edən şəbəkəni müdafiə edənlərin arasında media adından cinayət xarakterli məqsədlər üçün istifadə edənlər də az deyil. Bu şəbəkənin üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Mənim üçün Şuşa müqəddəsliyin rəmzidir, milli iradəmizin simvoludur, qürurumuzun ucaldığı yüksəklikdir. Kimlərsə Şuşanın adından sui-istifadə halına etirazımı “inciklik” kimi təqdim etməyə çalışır və bu barədə təbliğat aparır. Allah hidayət eləsin! Nə qədər gerizəkalı olmaq lazımdır ki, bu böyüklükdə rüsvayçılığı “incikliklə” əlaqələndirəsən. Etdikləri əmələ kor olmaq əvəzinə hələ danışmağa dilləri də var... Sosial şəbəkədə kiçik bir araşdırma apardım. Müşahidələrim nəticəsində məlum oldu ki, mükafat alanların içərisində əyyaşlıqla məşğul olan insanları da var. Bu qədər aşağılayıcı hərəkət etmək olmaz. Şuşa müqəddəsdir, onun uğrunda bizim nə qədər gənclərimiz öz canlarını qurban verib. 

Bu tədbiri hansısa səlahiyyətli dövlət qurumu etsə, hamı qəbul edərdi. Qanunvericiliyə uyğun olaraq Azərbaycan yaşayış məntəqələri və dövlət adamları adından sui-istifadə etmək qadağandır”. 

Məsələnin təfərrüatlarını öyrənmək üçün tədbirdə mükafat alan Milli Məclisin deputatı Vüqar İsgəndərovla danışdıq.  

Deputat özünə təqdim olunan mükafatda da hərf səhvlərinə yol verildiyini etiraf etdi: 

“Biz digər deputat həmkarlarımızla “Şuşa” milli mükafatına layiq görülmüşük. Bununla bağlı həm mediada, həm də sosial şəbəkələrdə bir neçə xoşagəlməz müzakirələrə rast gəldik. Biz dəvət olunduğumuz yerlərə çalışırıq ki, gedək. Xüsusilə də həmin tədbir Şuşa adı ilə bağlıdırsa, məsuliyyətimizi birə-beş artırır. Sosial mediada yazılanlarla bağlı deyə bilərəm ki, bütün mükafatların, ən əsası adında “milli” sözü olan bütün təltiflərin hazırlanmasında ciddi nəzarət olmalıdır. Əsas məsələ tədbirin səviyyəsini belə səhvlərlə aşağı salmamaqdır. Tədbir təşkilatçısı ən xırda detalları da nəzərə almalıdır. Mənə təqdim olunan mükafatda adımda səhv olduğunu müşahidə etdim. Təklif edirəm ki, “Şuşa”, “Milli” sözləri olan tədbirlərin və mükafatların hazırlanmasında dövlət tərəfindən ciddi nəzarət olsun. Çünki hər biri çox incə detallarla işlənməlidir”. 

Mükafatda yol verilən səhvlərlə bağlı tədbirin təşkilatçısı, “Zəfər təntənəsi” təşkilatının rəhbəri Vəsilə Qabilqızı ilə əlaqə saxladıq. 

O, mükafatın necə təsis olunduğu barədə mətbuatda bütün məlumatların olduğunu dedi: “Tədbir və mükafatla bağlı bütün məlumatlar sosial şəbəkələrdə və rəsmi dövlət saytlarında dərc olunub”.

Mükafatın üzərindəki hərf səhvlərinə gəldikdə isə V.Qabilqızı bu barədə yayılan məlumatları təkzib edib: “Hərf səhvləri ilə bağlı yayılan məlumatların hər biri yalandır. Başqa heç nə demək istəmirəm”. 

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları, tanımış şəxslər, qazilər və media nümayəndələri iştirak edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər