Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64399
az

Koronavirus xəstələrinə əlac olacaq deksametazon nədir? – Bizdə də satılır, ucuz...

18:5527 Yanvar, 2022
191
  • A

Dünyanı cənginə alan koronavirus pandemiyasına son qoymaq üçün bir çox ölkələr bütün tibbi imkanlarını ortaya qoyaraq mübarizə aparır və virus əleyhinə vaksin tapmağa çalışırlar. Bugünə qədər müxtəlif vaksinlərin hazırlandığı deyilsə də, ilk dəfə Oksford universitetinin alimləri iltihab əleyhinə deksametazon adlı preparatın müsbət nəticə verdiyini açıqlayıblar. Oksford universitetinin alimləri aydınlaşdırıblar ki, iltiham əleyhinə pereparat olan deksametazon süni tənəffüs aparatına qoşulmuş koronavirus xəstələri arasında ölüm riskini 35 faiz. Kislorod müalicəsinə qoşulmuş xəstələrdə isə ölüm hallarını 20 faiz aşağı salır. Eyni zamanda alimlər sözügedən preparatın reanimasiyada müalicə alan 8 xəstədən birini sağaltdığını qeyd ediblər.
Saqlamheyat.az Yeniavaz.com-un xarici mənbələrə istinadən verdiyi xəbərə görə bildirir ki, deksametazon artıq 2 mindən çox koronavirus xəstələri üzərində test edilib. Həmin xəstələrdən biri də 69 yaşlı Pitr Herinqdir. O, aprel ayının sonunda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Nəfəs almaqda çətinlik çəkən Herinqin vəziyyəti getdikcə ağırlaşıb və ona oksigen dəstəyi verilib. Deksametazon müalicəsi üçün könüllü olan Herinq bir həftə ərzində evə buraxıldığını qeyd edib: "Xəstəxanaya gedəndə nəfəs ala bilmirdim. 2 tip diabet və yüksək təzyiqimin olduğu və 15 il əvvəl bağırsaq xərçənginə tutulduğumu nəzərə alsaq, yüksək risk qrupuna aid idim. Nəfəs almağım getdikcə pisləşəndə ​​dərmanı istifadə etməyə başladıq. 5 gün sonra reanimasiyadan çıxdım. Bir həftə sonra isə evə qayıtdım. Hazırda özümü yaxşı hiss edirəm, enerjim tamamilə yerindədir”.
Oksford alimlərinin açıqlamasından sonra Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun müalicəsində elmi nailiyyətin əldə olunduğunu və dünyada koronavirus infeksiyasından müalicə üçün ilk dərman olduğunu elan ediblər. ÜST rəsmisi bunu əla xəbər kimi qiymətləndirərək,  Böyük Britaniya hökumətini, Oksford universitetini, Britaniyadakı bir çox xəstəxanaları və pasiyentləri insanların həyatını xilas etməyə imkan verən bu elmi nailiyyətə görə təbrik edib.

Oksford alimlərinin koronavirusa qarşı müsbət nəticə əldə etdiyi deksametazon preparatı nədir?
Deksametazon 50 ildən çoxdur ki, mövcuddur və qlukokortikoid hormonlarına aid olan çox güclü iltihab əleyhinə olan bir dərmandır. Dərman yalnız həkim təyini əsasında istifadə olunmalıdır. Deksametazon müxtəlif iltihablar (meninqit, pnevmoniya, peritonit və s.), allergiyalar(bronxial astma, udlaq ödemi və s.), şok zamanı (travmadan, yanıqdan və s. sonra) istifadə oluna bilər. Deksametazon ümumiyyətlə maddələr mübadiləsinə təsir edir: qanda zülalların proporsiyasına təsir edir, yağ turşularının sintezini artırır və beləliklə piy qatının artmasına gətirir, xüsusən də bədənin yuxarı paylarında (üz, boyun, döş qəfəsi, bel), qanda şəkərin və xolesterinin səviyyəsini qaldırır, bədəndən kalsium və kalium ionların xaric olunmasını sürətləndirir, natrium və suyun ifrazını isə azaldır, bu isə arterial təzyiqin qalxmasına səbəb olur. Bu dərman baha deyil və hamı üçün əlçatandır. Lakin onu da nəzərə almaq lazımdır ki, deksametazon ancaq ağır vəziyyətdə olan xəstələrə tətbiq edilir və onu koronavirusa qarşı tam çarə hesab etmək olmaz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı