Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64357
az

Həmin videodakı məktəblilər saxlanıldı - VİDEO

19:3526 Yanvar, 2022
201
CƏMİYYƏT
  • A

Ötən gün şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntülərin hansı məktəbdə baş verdiyi məlum olub.

OXU24.COM.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Bakının 165 saylı orta məktəbində, coğrafiya fənnindən dərs keçən 43 ilin müəllimi Nərgiz İsmayılovanın dərsində baş verib.

Məlumata görə, videoda sözü gedən şagirdlər dünən gecə polislər tərəfindən saxlanılıb və izahatları alınıb.

Məktəbin direktoru Vüqar Məmmədov isə hazırda Bakı Şəhər Təhsil İdarəsinə çağrılıb.

Qeyd edək ki, sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Bundan əlavə partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları da açıq görünür.

Dünən məsələ ilə bağlı Təhsil Nazirliyi görüntülərin Azərbaycan məktəblərində olmasının təsdiqini tapmadığını bildirərək, Təhsil Nazirliyi tərəfindən araşdırma aparılırdığını açıqlamışdı.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO