Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64096
az

Həcər haqqında

22:3920 Yanvar, 2022
263
CƏMİYYƏT
  • A

Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "İbrahim yalnız üç dəfə yalan danışmışdır. Bunlardan ikisi qüdrətli və əzəmətli Allah üçün idi. Birinci dəfə o demişdir: "Mən xəstəyəm!". İkinci dəfə isə demişdir: "Xeyr, bunu onların bu böyüyü etmiş olar". Üçüncü hadisə isə belə olmuşdur: "Bir gün İbrahim zövcəsi Sara ilə qəddar padşahlardan birinin məmləkətinə gəldikdə padşaha xəbər verdilər ki, şəhərə bir nəfər gəlib, yanında da çox gözəl bir qadın var". Padşah qadının kim olduğunu öyrənmək üçün onun yanına adam göndərdi. O adam gəlib İbrahimdən: "Bu kimdir?"- deyə soruşdu. İbrahim: "Mənim bacımdır!"- deyə cavab verdi. Sonra da Saranın yanına gəlib dedi: "Ey Sara! Yer üzündə bizim ikimizdən başqa mömin olan bir kimsə yoxdur. Bu padşah məndən sənin barəndə soruşdu. Mən də ona xəbər verdim ki, sən mənim bacımsan. Odur ki, mənim dediyimi təkzib etmə". Çox keçmədən padşah Saranın dalınca adam göndərdi. Sara padşahın yanına gəldikdə, o, qadına yaxınlaşıb ona toxunmaq istədi, lakin qıc olub qaldı. Onda o yalvarıb dedi: "Mənim üçün Allaha dua etsən, sənə pislik etmərəm!" Sara Allaha dua etdi və onun əlləri açıldı. Padşah ikinci dəfə ona toxunmaq istədikdə onun halı əvvəlkindən betər oldu. O yenə yalvarıb dedi: "Mənim üçün Allaha dua etsən, sənə pislik etmərəm!" Sara Allaha dua etdi və onun əlləri açıldı. Padşah gözətçilərdən bəzisini çağırıb dedi: "Siz mənim yanıma insan yox, şeytan gətirmisiniz!" Bundan sonra Padşah Saranı buraxdı, üstəlik ona xidmətçi Həcəri də bağışladı. Sara İbrahimin yanına gəldikdə, o, namaz qılırdı. Buna görə də əli ilə işarə etdi ki: "Nə oldu?" Sara dedi: "Allah kafirin, yaxud günahkarın hiyləsini onun öz başında çatlatdı, mənə də xidmətçi olaraq Həcəri bəxş etdi!" Əbu Hureyra dedi: "O sizin ananızdır, ey səmavi suyun oğulları!" (əl-Buxari, 3358). Burada səmavi suyun oğulları dedikdə Zəm-zəm suyuna sahib olan ərəblər nəzərdə tutulur. İbrahimin övladı olmadığına görə Sara Həcəri ona bağışlamış və Həcər İsmailə hamilə qalmışdır. O, İsmaili dünyaya gətirdikdə Sara onu İbrahimə qısqanmış və and içmişdir ki, Həcəri tutsa, onun üç əzasını kəsəcəkdir. Həcər bundan xəbər tutduqda belinə qurşaq bağlamış və izini itirmək üçün qurşağının ucunu yerlə sürüyərək qaçıb Saradan gizlənmişdir. Bu əhvalatın ardına "Allahın Evi burada olacaq" məqaləsinə baxa bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı