Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63945
az

“Rus dili dərsliyində xətaya yol verilib, dəyişilməlidir” - Rəsmi

18:3318 Yanvar, 2022
239
CƏMİYYƏT
  • A

Ötən gündən etibarən 4- cü sinif rus dili dərsliklərində 20 Yanvar faciəsi ilə bağlı yazılan mətn sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, mətndə rus ordusunun Bakıya Xalq Cəbhəsini iflasa uğratmaq üçün girdiyi ifadə edilib. Bu fikir isə sosial şəbəkələrdə tarixçilər, ictimai şəxslər tərəfindən ciddi tənqid ilə qarşılaşıb. Məsələnin bu cür ifadə edilməsi tarixin təhrif edilməsi kimi qiymətləndirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət  ekspertizadan keçir: "Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün  www.trims.edu.az saytında yerləşdirilir.

Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə  tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.

20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik".

Qeyd edək ki, uşaqlar üçün yazılmış mətndə deyilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı