Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)

Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)

SON DƏQİQƏ! Baş Prokurorluq xəbərdarlıq etdi

SON DƏQİQƏ! Baş Prokurorluq xəbərdarlıq etdi

XƏBƏR LENTİ

10 May 2024
Prezident Füzuliyə getdi - FOTOLAR
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolundakı birinci tunelin açılışında - FOTOLAR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA
Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ
Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələri vurulub
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Mehriban Əliyeva Heydər Əliyevin 101 illiyi münasibətilə paylaşım etdi - FOTO
Universitetlərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlandı
BÜTÜN XƏBƏRLƏR
63784
az

Lənkəranskinin qəbri üstünə çələng göndərən məşhur kimdir? - VİDEO

18:3813 Yanvar, 2022
228
CƏMİYYƏT
  • A

Türkiyənin "Odatv" nəşri azərbaycanlı məşhur mafiya lideri Rövşən Caniyevin (Lənkəranskinin) məqbərəsindəki sirli əklil və onu göndərən şəxslə bağlı sensasion detalları üzə çıxarıb.

Milli.Az nəşr-ə istinadən yazır ki, mafiya liderləri Rövşən Canıyev 2016-cı ilin avqustunda, Nadir Səlifov isə 2018-ci ilin oktyabrında öldürülüb. Ardınca hər iki mafiya liderinin qətli, eləcə də məqbərələrdən çox danışıldığı xatırladılır. Məqalədə Alaattin Çakıcı adlı şəxsin çələngi və üzərində yazılan mesaja diqqət yetirilib. Qeyd olunur ki, 2013-cü il yanvarın 16-da Moskvada azərbaycanlıların restoranından çıxarkən 75 yaşlı mafiya lideri "Ded Hasan" ləqəbli Aslan Usoyanın öldürülməsi ilə mafiya arasında münasibətlər qızışır. Usoyanın ölümünə görə Azərbaycan mafiyasının liderlərindən olan "Kabus" ləqəbli Rövşən Caniyev məsuliyyətə cəlb edilib. Caniyev mütəşəkkil cinayətkarlıq, hədə-qorxu ilə tələb etmə, rüşvətxorluq, çirkli pulların yuyulması və beynəlxalq miqyasda rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunaraq İnterpol tərəfindən axtarışa verilmiş bir dəfə cinayət sindikatının rəhbəri olub.

2016-cı il avqustun 18-nə keçən gecə İstanbul Beşiktaşda dəbdəbəli otelin yaxınlığında Rövşən Caniyevi "Lotu Quli" ləqəbli Nadir Səlifovin adamları tərəfindən qətlə yetirilir. Səlifova gəldikdə o Fransa, Rusiya və Ukraynada törətdiyi qətllər, oğurluq və bu kimi cinayətlərə görə qırmızı elanla axtarışda olan cinayətkar təşkilatın lideri olub.

Nəşr yazır ki, şəxsi təyyarə ilə Azərbaycana gətirilən Caniyevin dəfn mərasimini 25 min insan qarşılayıb. Doğulduğu Lənkəran şəhərində böyük məqbərə tikilib, heykəli ucaldılıb.

Səlifova 5 milyon dollar mükafat

Rövşən Caniyevdən sonra təşkilata qardaşı Namiq Caniyev rəhbərlik edib. Caniyevin qohumları Nadir Səlifovu öldürmək üçün hər yerdə axtarış aparır və kömək üçün İstanbulda gizli qruplardan birinə müraciət edib. Bu qrup Səlifovu öldürməklə əvəzində 5 milyon dollar istəyib. Lakin plan baş tutmayıb. Polis onları həbs edib. Canıyevin qohumları bu dəfə gürcü qruplaşması ilə anlaşıb. Lakin bu qrup da İstanbulda polis tərəfindən yaxalanıb. Başqa bir qrupun partlayıcı işə salmaqla qəsdi də uğursuz alınıb.

Caniyev qardaşının qisasını aldı

İstanbul polisi 2018-ci il oktyabrın 8-də Nadir Səlifovu yaxalayıb. Çoxsaylı ittihamlarla ittiham olunan Səlifov həbs edilərək deportasiya edilməyib. Səlifov tezliklə saxta ad və pasportla Türkiyəyə qayıdıb. Lakin 2020-ci il avqustun 19-da Antalya Serik otelində 15 illik mühafizəçisi tərəfindən başından vurularaq öldürülüb. Azərbaycan Nadir Səlifovun dəfnini qəbul etmədiyindən Səlifov İstanbul Büyükçekmecedə dəfn edilib. Səlifov üçün ailəsi və adamları Böyükçekmecedəki qəbiristanlıqda böyük bir abidə ucaltdılar və onun büstünü orada qoydular.

Odatv ötən gün cinayətkar təşkilata rəhbərlik etməkdə ittiham olunan Alaattin Çakıcının Nadir Səlifovun qardaşı Namıq Səlifovla görüntülərini paylaşıb. Nəşr isə övşən Caniyevin məqbərəsində bir detal tutub. Belə ki, Nadir Səlifovun adamları tərəfindən öldürülən Rövşən Canıyevin Azərbaycanda məzarına göndərilən sirli əklilin görüntüsü üzə çıxıb. Canıyevin məqbərəsinə göndərilən çələngin üzərində Alaattin Çakıcının adı yazılıb.

Çakıcının göndərdiyi çələngdə "Həyat igidləri sevir!" yazılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA