Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63762
az

Təhsil tələbə kreditləri nə qədər əlçatandır? - VİDEO

22:0212 Yanvar, 2022
199
CƏMİYYƏT
  • A
Bir müddət öncə tələbə təhsil tələbə krediti haqqında danışmışdıq. Hansı ki, ödənişli təhsil alan tələbələrə verilir bu kreditlər. Həmin tələbə isə təhsilhaqqını rahat şəkildə universitetə ödəyə bilir. Lakin tələbələr tərəfindən son zamanlar prosedurun çətin və çox vaxt aldığı bildirilir. Müxbirimiz Nərmin Mirvalehqızı səbəbləri öyrənib. Ötən ilin noyabrından Təhsil tələbə krediti ilə bağlı elektron müraciətlərin qəbuluna başlanıb. Ancaq bəzi tələbələr hələ də bu kreditlərdən yararlana bilməyiblər. Ya prosedurun mürəkkəbliyi çətinliklər yaradır, ya da semestr ərzində topladıqları balonlarınbu imkanlarını məhdudlaşdırır. Təhsil Tələbə krediti fondunun idarə heyətinin sədri Araz Paşayev deyir ki, indiyə qədər 4 mindən çox tələbənin müraciətinə baxılıb və onlardanyalnız 1200-ə yaxını təsdiqlənib. Araz Paşayevin sözlərinə görə, imtina almış tələbələr əsasən mövcud qaydalarla tanış olamayanlardır. Yəni müraciət edənlər arasında müvəfəqiyyət dərəcəsi 71 və daha aşağı göstəricili, eləcə də valideyinlərin işsizliyi haqqında məlumatları düzgün verməyən tələbələr çoxluq təşkil edir. Araz Paşayev bildirir ki, əməliyyatların bir hissəsi banklar üzərindən aparıldığından, prosesin vaxtı uzanır. İdarə heyətinin sədri həmçinin qeyd edib ki, mövcud qaydalarda hər hansı bir dəyişik gözlənilmir. Problemlə üzləşən tələbələr təhsil nazirliyinin qaynar xəttinə və ya fondun elektron portalına müraciət edə bilərlər. Sorğular, sosial media üzərindən də cavablandırılır. Milli.Az xəzərxəbər-in hazırladığı sujeti təqdim edir: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN