Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63688
az

Sümükləri gücləndirir, qanazlığını aradan qaldırır, infarkt riskini azaldır - FOTO

21:2209 Yanvar, 2022
304
CƏMİYYƏT
  • A
Brokkoli əsasən İngiltərə, İspaniya və İtaliyada becərilir. Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutundan Mi-a bildiriblər ki, brokkoli, e yni zamanda, mikroblarla mübarizə aparmaq və ayrıca antioksidan xüsusiyyətinə malik olan bir bitkidir. Bu gün brokkoli bir çox dünya mətbəxində istifadə edilməkdədir. Brokkolinin dəriyə də faydaları var. Zərərli UV şüalarına qarşı qoruma qalxanı kimi çalışır. Tərkibindəki maqnezium sümükləri gücləndirir. Qanazlığını aradan qaldırır, xolesterolu və yüksək qan təzyiqini aşağı salır. İnfarkt riskini azaldır. Tərkibindəki vitamin və digər elementlərin zənginliyinə, dietik xarakterli olmasından irəli gələrək bu tərəvəzə ölkəmizdə son dövrlərdə tələbat yüksəlib. Qeyd edək ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda seleksiya proqramına uyğun olaraq tərəvəz bitkilərinin yeni sort və hibridlərinin yaradılması işləri intensiv şəkildə davam etdirilir. Ölkəmizdə son dövrlərdə daha çox populyarlıq qazanan tərəvəz növlərinin yeni sort və hibridlərinin yaradılmasına xüsusi diqqət yetirilir. Belə tərəvəzlərdən biri də brokkolidir. Seleksiya şöbəsinin mütəxəssisləri yeni sortlar üzərində tədqiqat işlərini həyata keçirirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc