Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63470
az

Bayramdan sonra mədədəki ağırlığı aradan qaldır

20:3905 Yanvar, 2022
220
  • A

"Ümumiyyətlə bayram günlərində insanlar həm rejimsiz, həm də normalda olduğundan daha çox yemək qəbul etdikləri üçün immun sisteminə zərər vurur" . Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.


Onun sözlərinə görə, eyni zamanda da qeyri-sağlam qidalanma ilə təxmini 3 kq-a yaxın əlavə kilo da alanlar olur: “Buna görə də mütləq şəkildə qidalanmaya diqqət etmək lazımdır. Bayram zamanı da orqanizmi həddindən artıq yükləmək düzgün deyil. Əgər biz sağlamlıqdan danışırıqsa orqanizmimizin standart çalışma mexanizmi olduğu üçün bayramda da adi günlərdəki kimi qidalanmalıyıq. Amma çox təəssüflər ki, əksəriyyət insanlar bu qaydalara riayət etmirlər. Həddindən artıq çox qida qəbul etdikdə də mütləq şəkildə bərpa etmək üçün əsas hansı məqamlara diqqət etmək lazımdır bu barədə danışaq. Birinci növbədə gündəlik çalışanlar 100 faiz yuxu sistemini pozmuş olurlar. Yaxşı olar ki, yuxu sistemini normaya salsınlar və 11-dən gec yatmamağa çalışmaq lazımdır. Çünki bu artıq sağlam yuxu hesab olunur. Mütləq şəkildə gündəlik su qəbulunu unutmamaq lazımdır. Hər kq-a görə 30 mm su qəbulu normal hesab olunur. Bəzən olur ki, həddindən artıq şirniyyat və yağlı qidalar qəbul olunduğu üçün bu zaman orqanizmdə müvəqqəti olaraq qanda şəkər yüksəlir. Bu da orqanizmdə piylənməyə səbəb olur. Mütləq şəkildə bunu aradan qaldırmaq üçün gün ərzində yeməklər müəyyən hissələrə bölünməlidir. Səhər-günorta yeməyi olaraq çeşidliliyi təmin etmək lazımdır”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, bayramda hansı qidalar unudulubsa mütləq onlar əlavə olunmalıdır: “Meyvə-tərəvəz qəbulu və lifli qidaların qəbulunu artırmaq lazımdır. Yaxşı olar ki, axşam yeməyində tez həzm olunan, yüngül yeməklərə üstünlük verilsin. Axşam yeməyində yağlı, qızardılmış xüsusilə ət yeməklərindən qaçmaq lazımdır. Çünki bu kimi qidaları axşam qəbul etdikdə mədə həddindən artıq yüklənir və onu enerjiyə sərf etmək üçün həddindən artıq çox çalışdığından orqanizm də yüklənmiş olur. Bayramda həddindən artıq qidalanma, rejimsiz həyat tərzi maddələr mübadiləsini aşağı saldığı üçün mütləq şəkildə axşam yeməyinin miqdarı azaldılmalıdır. Hətta axşam yeddidən sonra çalışmaq lazımdır ki, çox qida qəbulu olmasın.

Gün ərzində yeməklərimizdə mütləq süd və süd məhsulları olan pendirdən istifadə etməliyik. Ağ və az duzlu pendirin qəbul olunması məqsədə uyğundur. Mütləq hər gün 200 mq hazırlanan kefir və yaxud da qatıqdan istifadə etmək maddələr mübadiləsini sürətləndirəcək. Biz xüsusilə qəbul etdiyimiz meyvələrə diqqət etməliyik. Mütləq mövsümü və yerli meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Mövsümü meyvələrdən hazırda ən faydalıları sitrus meyvələridir. Eyni zamanda yemək qəbulu zamanı çox çeynəmək və yavaş-yavaş yemək lazımdır. Bu isə beyinə doyma siqnalının 10-15 dəqiqə sonra getməsilə bağlıdır. Mütləq fiziki aktivlik olmalıdır. Bunu isə idman hərəkətləri və yerimək kimi qiymətləndiririk. Səhər saatlarında idman edilməsi isə daha məsləhətlidir. Axşam saatlarında isə yeməkdən dərhal sonra idman etmək olmaz”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə səfiri Füzulidən paylaşım etdi - FOTO/VİDEO
Avtomobillərdən bank kartları oğurlamaqda şübhəli bilinən şəxs tutuldu - VİDEO
29 müəssisədə nöqsanlar aşkarlandı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO