Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63074
az

Alimlər müstəqil hərəkət edən REKORD SAYDA PLANET aşkarladı

21:1525 Dekabr, 2021
232
CƏMİYYƏT
  • A
Alimlər Yer kürəsindən 420 işıq ili uzaqlığında kosmik məkanda müstəqil şəkildə hərəkət edən rekord sayda planet aşkar ediblər. “technote” xəbər verir ki, onların sayı yüzlərlədir. Bu hələ müşahidə edilmiş kiçik kosmik sahədə hərəkət edən planetlərin sayıdır. Məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, bütün Süd Yolu qalaktikasında qravitasiya öz ulduzu ilə qravitasiya əlaqəsinə sahib olmayan milyardlarla aşkar edilməmiş bu cür planet mövcuddur. Alimlər bu halın irimiqyaslı olduğunu güman etmirdirlər. Bunun fonunda nəhəng asteroidlər Yer kürəsinə təhlükə mənbəyi olan yeganə kosmik obyektlər deyillər. Qeyd edək ki, kosmik məkanda müstəqil şəkildə hərəkət edən planetlər hələ 20 il bundan öncə akar edilmişdi. Lakin onların necə yarandıqları hələ də sirr olaraq qalır. Elm sahəsi bu cür planetlərin ulduzlararası soyuq məkanda yaranıb-yaranmadıqlarını dəqiq bilmir. Ulduzlararası kosmik məkanda hərəkət edən az sayda planet aşkar edilib. Bu isə öz növbəsində onların araşdırılması prosesini qəlizləşdirir. İspaniyadan, Fransadan və Yaponiyadan olan astronomlar 20 il ərzində bu məsələ ilə bağlı 100 TB həcmində məlumat yığıblar. Alimlər Əqrəb-Sentavr adlı ulduzlar assosiasiyasını müşahidə ediblər. Məlumat üçün bildirək ki, ulduzlar assosiasiyası zəif qravitasiya əlaqəsinə sahib olan və ya ümumiyyətlə olmayan cavan ulduzlar qrupudur. Bu cür ulduzlar eyni mənşəyə sahibdirlər və olduqca cavandırlar. Onların yaşı bir neçə 10 milyon ili keçmir. Beləliklə alimlər Əqrəb-Sentavr adlı ulduzlar assosiasiyasını analiz edən zaman fon ulduzları ilə qalaktikaları istisna edərək ulduzlararası məkanda müstəqil şəkildə hərəkət edən 70-170 ədəd planetdən ibarət kataloq tərtib ediblər. Həddindən artıq uzaq məsafə (420 işıq ili) aşkar edilmiş planetlərin kütlələrini təyin etməyə imkan verməyib. Lakin buna baxmayaraq bu cür araşdırma Süd Yolu qalaktikasının ulduzlararası kosmik məkanında hərəkət edən bu cür planetlərin çoxluğunu sübut edib. Ola bilər ki, onların sayı ulduzlarının ətrafında dövr edən adi planetlərin sayından daha çoxdur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:
Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF
Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı