Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63028
az

Novruz Qartalla bağlı dediyi sözlərə aydınlıq gətirdi - "Mən karvanbaşıyam, hər səsə dönə bilmərəm"

18:1924 Dekabr, 2021
191
CƏMİYYƏT
  • A

Xalq artisti Afaq Bəşirqızı Əməkdar artist Novruz Qartalla bağlı dediyi qalmaqallı sözlərə aydınlıq gətirib.

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, aktyorun ünvanına "Novruz Qartal xəstə adamdır da, Milli Qəhrəman etmişiniz" sözlərini söyləyən Bəşirqızı fikrinin yanlış qələmə verildiyini bildirib. "Elgizlə izlə" proqramına zəng edən aktrisa bunları söyləyib:

"Mən karvanbaşıyam... Mənim karvanım gedir, hər səsə dönə, karvanımı azdıra bilmərəm. Söhbət elə olmayıb. Etdiyimi dilə gətirən deyiləm, sevmirəm. Bunu özümə təhqir sayıram. Novruz Qartalın vəziyyətini efirdə səsləndirib, bəyan etməyi mən dedim.

Mən insanlar məni günahsız bilsin deyə, danışan deyiləm. Dediyim sözün üstündəyəm. Belə demişəm ki, Novruz Qartalın bu xəstə halda şəklini verə-verə nə fikirləşirsiz? Novruz Qartalı etmisiz Milli Qəhrəman, ondansa ona kömək edin. Bu müsahibəni vermək istəmirəm. Novruz Qartala kim nə edirsə, onu tanrı bilir. Hər şeyi vaxtında fikirləşib etmək lazımdır. Xəstəliklə ölüm xəbərdarlıq etmir ki, gəlirəm".

Qeyd edək ki, A.Bəşirqızının "Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?" açıqlamasını yenisabah.az saytı yayımlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı  - FOTO
Toyda qəribə ADƏT - VİDEO
Məşhur bankın rəhbərinə AĞIR İTKİ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı