Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62834
az

Azərbaycanlılar Yeni İlə nə hədiyyə almaq istəyir? - Sorğu - FOTOlar

19:2920 Dekabr, 2021
261
CƏMİYYƏT
  • A

Kiçikdən böyüyə- insanların böyük əksəriyyətinin ən çox sevdiyi, yeni ümidlər, xoş arzularla gözlədiyi Yeni İl bayramına artıq 2 həftədən daha az vaxt qalıb.

OXU24.COM  bildirir ki, "qafqazinfo" təntənəli bayram ərəfəsində Bakının mərkəzi küçələrindən olan "Tarqovı"da, son illərdə ənənə halına gəlmiş "Soyuq əllər, İsti ürəklər" yarmarkasını ziyarət edib və paytaxt sakinlərinin Yeni İldə hədiyyə arzularını öz dillərindən eşidib.

Xoş yeni il tələşının bürüdüyü işıqlı şəhər küçələrində insanlar dostları və doğmaları üçün hədiyyə axtarışına çıxdıqları kimi, özləri üçün də maraqlı və faydalı ola biləcək hədiyyə arzusundadılar.

Sorğu nəticəsində məlum olub ki, sən demə şəhər əhalisinin əksəriyyəti elektronikaya böyük həvəs göstərir və hər 3 nəfərdən 1-nin gözlədiyi hədiyyə məhz yeni telefondur.

Xəyyam Abbasov: "Dekabrın 31-i ad günümdür. İstəyirəm qəşəng bir "iPhone" hədiyyə eləsinlər".

Sorğuda iştirak edən İlkin İsgəndərovun ən böyük arzusu yeni və mükəmməl oyun kompüterinə sahib olmaqdır: "Yeni ildə hədiyyə olaraq oyun kompüteri istərdim. Amma istəyirəm hər bir detalı yerində olsun ki, gecədən səhərə kimi oynaya bilim".  

Gülşən Məmmədovanı Yeni İldə ən çox sevindirə biləcək hədiyyə isə qabyuyandır. Həmsöhbətimiz deyir ki, qabyuyan maşını olmadığından yeni ildə yaxınlarından məhz bu hədiyyəni gözləyir.       

Böyüklərdən heç də geri qalmayan şəhərin balaca sakinləri artıq oyuncaq yox, hədiyyə kimi planşet yaxud telefon gözləyirlər. Elə 9 yaşlı Əsma Umudova kimi:

"İstəyirəm ki, yeni ildə mənə "iPhone 6" və ya "Samsung A71" telefonu hədiyyə eləsinlər. Fərqi yoxdur, Şaxta Baba gətirsin, ya valideynlərim alsın. Əsas odur ki, hədiyyə etsinlər..."

Şəmkirdən Bakıya qonaq gələn Mehriban Həsənova isə öz hədiyyə arzusunu fərqli tərzdə dilə gətirib. "Bizdə Şəmkirdə paltaryuyan maşına "evin gəlini" deyirlər. Elə bir gəlin istəyərdim".

Rəngarəng fikirlərlə qarşılaşdığımız sorğuda maddi olaraq hər hansı arzusu olmayanlar, daha çox cansağlığı, sülh və xoşbəxtlik arzusunda olanlara da rast gəldik.

Ümumilikdə 100-ə yaxın respondent arasında keçirdiyimiz sorğunun nəticələri aşağıdakı kimidir:

32 % - mobil telefon;

19 % - noutbuk və ya planşet;

16 % - play station, oyun diskləri, smart saatlar və sair;

13 % - kiçik məişət əşyaları, o cümlədən, robot tozsoran, ətçəkən;

10 % - iri məişət texnikası - paltaryuyan, qabyuyan

Sorğuda iştirak edən digər 10 faiz respondent isə maddi imkanlar, avtomobil, geyim, bəzək əşyaları, ətir və digər əşyalar arzu ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər