Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62250
az

Bağırsaqların xeyirli mikroflorasını bərpa edən QİDALAR

20:4707 Dekabr, 2021
206
CƏMİYYƏT
  • A

İnsanın bağırsaqlarında milyonlarla mikroblar yaşayır.

Onlardan bəziləri sağlamlığımız üçün potensial təhlükə yaradır, digərləri isə əksinə orqanizmin normal fəaliyyəti və insanın ümumi sağlamlığı üçün olduqca vacibdir.

Bağırsaqlarda yaşayan mikroblar bağırsaqların mikroflorasını təşkil edir.

Bağırsaqların xeyirli mikroflorası orqanizmi allergiyalardan qoruyur, immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir, bağırsaqların normal boşalmasına kömək edir, maddələr mübadiləsi proseslərində iştirak edir. Həmçinin xeyirli mikroblar patogen mikrobların çoxalmasına imkan vermir.

OXU24.COM bildirir ki, bəzən müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, xroniki stress. bəzi dərmanların uzun müddət ərzində qəbulu və s.) bağırsaqların mikroflorası pozulur - bağırsaqlarda yaşayan zərərli mikrobların sayı artır, xeyirli mikrobların sayı isə kəskin azalır. Bu hal "disbakterioz" adlandırılır.

Disbakterioz ciddi pozulma sayılır. Disbakterioz zamanı immun sisteminin fəaliyyətində, maddələr mübadiləsində pozulmalar yaranır, disbakterioz  fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər.

Disbakteriozun müalicəsi üçün xüsusi preparatlar (probiotiklər) təyin olunur. Bu preparatların tərkibində bağırsaqların xeyirli mikroflorasını təşkil edən diri lakto- və bifidobakteriyalar var.

Bəzi qidalar da probiotiklərlə zəngindir və bağırsaqların xeyirli mikroflorasının bərpasına kömək edir. Bu qidalar arasında:

- təbii yoqurtlar

- kefir

- asidofilin (müalicəvi süd məhsulu)

- pendir

- kələm turşusu

- acıtma əsasında hazırlanmış çörək.

Disbakteriozun müalicəsində probiotiklərdən əlavə prebiotiklərdən də istifadə olunur.

Prebiotiklər faktiki olaraq bağırsaqların xeyirli mikroflorası üçün qida funksiyasını yerinə yetirir. Bu insan orqanizmi tərəfindən həll olunmayan karbohidratlardır. Bağırsaqların xeyirli mikroflorasını qoruyub saxlamaq üçün qidalanmanızda prebiotiklərlə zəngin olan məhsullar olmalıdır.

Bu məhsullar arasında:

- süd məhsulları

- soğan və sarımsaq

- yulaf yarması ("herkules")

- banan

- qulançar

- noxud, lobya.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi