Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61823
az

"Ermənistana bir daha çatdırıldı ki, öhdəlikləri tam icra etməlidir" - Tofiq Zülfüqarov

00:3528 Noyabr, 2021
206
CƏMİYYƏT
  • A

Dünən Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçirilən görüşdə ötən ilin 10 noyabrda imzalanan bəyanatında göstərilən mövzular müzakirə olunub.

OXU24.COM bildirir ki, bunu Trend-ə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T.Zülfüqarov bildirib ki, Azərbaycan tərəfi təkidlidir ki, ötən ilin 10 noyabırında imzalanan sənəddə göstərilən bütün maddələr öz həllini tapsın və Ermənistan onları icra eləsin.

"Belə görsənir ki, Ermənistan bu görüşdə təcrid vəziyyətində qalıb", - deyə T.Zülfüqarov qeyd edib.

T.Zülfüqarov vurğulayıb ki, Ermənistan keçən ilin 10 noyabrda imazalanan bəyannamədə öz üzərinə götürdüyü öhdəlikləri tam təmin etməlidir. Bu Azərbaycanın mövqeyidir.

"Hiss olunur ki, Rusiya da israrlıdır. Bu baxımdan təbii ki, Zəngəzur mövzusu, sərhədlərin delimitasiya və demarkasiya məsələsində, Qarabağ mövzusunda da hesab edirəm ki, fikir ayrılığı hiss olunurdu, çünki Paşinyanın Minsk qrupuna istinadı onu göstərirdi. Ümumi götürdükdə hesab edirəm ki, faydalı bir görüş olub. Ermənistana bir daha çatdırılıb ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir."

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR