Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61726
az

Almaniyadan azərbaycanlıların növbəti deportasiyası gözlənilir

23:0725 Noyabr, 2021
202
CƏMİYYƏT
  • A

Almaniyada qanunsuz yaşayan və sığınacaq üçün müraciətləri rədd edilərək, barələrində deportasiya qərarı çıxarılan 20-ə yaxın Azərbaycan Respublikası vətəndaşı deportasiya ediləcək.

OXU24.COM "Report"a istinadən bildirir ki, artıq bir neçə gündür ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan azərbaycanlılar Düsseldorf şəhər hava limanı yaxınlığındakı deportasiya mərkəzinə gətirilirlər.

Koronavirus testi verən azərbaycanlıların 26 noyabr gecə saatlarında çarter reysi ilə Azərbaycana deportasiya edilməsi gözlənilir.

Deportasiya olunanların əksəriyyəti 2018-2020-ci illərdə Almaniyaya qaçqın statusu almaq üçün gələn, yerli məhkəmələrdən rədd cavabı alan və indiyə kimi ölkəni könüllü tərk etməyən şəxslərdir.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin məlumatına görə, bu ilin 9 ayı ərzində 407 Azərbaycan Respublikası vətəndaşı sığınacaq istəyib. Onlardan 259 nəfərin ərizəsi rədd edilib və barələrində ölkəni könüllü tərk etmələri üçün yerli məhkəmələr tərəfindən qərar çıxarılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR