Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61392
az

"Beynim çöndü, taksi sürücüsünü maşından çıxarıb atdım" - 10 saniyəyə erməni rəqibini nokaut edən qadın döyüşçümüz - FOTO

21:2918 Noyabr, 2021
364
CƏMİYYƏT
  • A

Ötən gün Türkiyənin İstanbul şəhərində MMA üzrə turnir keçirilmişdi. 

Yusif Döyüş Çempionatının (YFC-9) təşkil etdiyi yarışlarda qadın döyüşçümüz Gözəl Zutova da erməni rəqibi Nare Margarosyanla qarşılaşıb. Zutova rəqibini 10 saniyəyə nokaut edib. Onun bu qalibiyyəti böyük əks-səda doğurub. 

OXU24.COM xəbər verir ki, yarış sonrası təəssüratlarını moderator.az-a bölüşən Gözəl Zutova məğlubiyyəti özünə və xalqımıza yaraşdıra bilməyəcəyini bildirdi:

-  Uzun müddət idi ki, bu yarışa hazırlaşırdım. Məğlub olmağı gözə almamışdım, bizə, xalqımıza məğlubiyyət yaraşmır. Erməninin başını əzmək bizim vətəndaşlıq borcumuzdur. Azərbaycanlı olduğum üçün özümü şanslı hesab edirəm. 

Sosial şəbəkələrdə yazırlar ki, guya Zaqatalada cudo dərsləri keçirəm. Amma mən Fövqəladə Hallar Nazirliyinin əməkdaşıyam.

- Rəqibinizin düşmən olduğunu biləndə nə hissləri yaşadınız? 

- Yarışdan bir gün əvvəl rəqiblə tərəziyə çıxacaqdıq. O zaman gəlib, qışqırırdı ki, bu kəmər mənimdir. Yəni mənə psixoloji təsir etməyə çalışırdı. O zaman heç o kəmər mənim gözümdə də deyildi. Rəqibimin erməni olduğunu biləndə şəhidlərimiz gözümün qabağına gəldi. Onların qisası cəbhədə alınsa da bu arenada da alınmalı idi. İstəyirdim ki, səhər tez açılsın, mən onun başını əzim.

- Bildiyimiz qədərilə idmanın bir çox növləri ilə məşğul olursunuz. 

- Qəfəs idman növü ilə məşğul olan döyüşü üçün  idmançının gərək cudodan, döyüşdən, boksdan, hər bir idman növündən anlayışı olsun. Çünki qəfəs döyüşündə hər şey var. Eləsi var ki, güləşçidi karatedən gələnləri boğur və sair hərəkətlər edir.  Döyüşmək üçün gərək idmanın bütün növlərindən anlayışın olsun ki, fəndlərə girib çıxmağı bacarasan. 

-  Müsahibələrinizin birində döyüşə küçədən başladığınızı, küçə döyüşlərində pulla döyüşdüyünüzü bildirmisiniz. Sizə elə gəlmir ki, elə küçə ən böyük məktəbdir? 

- Hər bir idmançı yüksəldiyi səviyyə onun öz uğurudur. Arzuladığı zirvəyə başqa-başqa yollardan gələnlər var. Mən küçədə pulnan döyüşərək bu səviyyəyə qədər gəlib çatmışam. Yəni mənim bu əzmkarlığım küçədən gəlib. Birinci küçə-küçə, sonra oba-oba, sonra kənd-kənd, bölgə-bölgə döyüşdüm. Bu gün isə Azərbaycanı təmsil edirəm. 

- Qadın dedikdə zəif və zərif cinsin nümayəndəsi göz önünə gəlir. Bəlkə də belə düşünmək kişilərə daha çox sərf edir, hökm etmək və şiddət göstərmək üçün. Yəqin ki, qarşı tərəfin nüamyəndələri sizə o riskə getməzlər. 

- Mən qadınam deyə təkcə qadınların hüquqlarını qorumaq kimi bir missiyam yoxdur. Biz tədbirlərdə, cəmiyyuət içində olanda bəzi qadınlar yaxınlaşıb "belə vuraram", "elə dağıdaram" kimi sözlər deyirlər. Ancaq  xəbərləri yoxdur ki, əgər mən qalxsam və onu vursam o xanım stolun başından uçar. Bu xarakter məsələsidir. Kişilərin də qadınların da yaxşısı və pisi var. Elə kişilər də var ki, çox mədənidir. Yəni sizin dediyiniz fikri bütün kişilərə şamil etmək düzgü deyil. Hansı cinsin nümayəndəsi olmasının heç bir fərqi yoxdur, onlardan hansı doğrudursa  onun tərəfindəyəm. Amma kişilərin yanında da gərək qadın güclü olsun. 

Mən buradan Azərbaycan xanımlarına ssəslənirəm ki, hər zaman formada olsunlar,  məşq etsinlər, bədən fiquralarını qorusunlar. 

-  Sizə qarşı tərəfin nümayəndələrindən hədə qorxu gələnlər olubmu?

-  Bunu bacarmazlar, amma başıma fərqli hadisələr gəlib. Misal üçün bir dəfə taksi çağırmışdım, taksi məni düzgün ünvana aparmamışdı. Dedim ki, siz məni düzgün ünvana gətirməmisiniz. Dedi ki, bura sifariş etmisiniz, mən də gətirmişəm. Mən israr etdikdə isə sərt şəkildə "düş maşından"- dedi. O an beynim çöndü, maşından düşüb, şoferin qapısını açdım, onu rolun içindən götürüb kənara atdım. Dedim ki, "sən düş maşından". Özüm də maşını sürüb gedəcəyim ünvana çatdım, maşını orada tərk edib getdim. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər