Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61353
az

Qaynana gəlin münasibətləri necə olmalıdır? Quranda bu barədə nə deyilir?

00:4618 Noyabr, 2021
317
  • A

Gəlin, qayınana istərsə onunla istərsə ayrı yaşa bilər. Gəlinin qaynana ilə bir evdə yaşamaq məcburiyyəti, qaynana və qaynataya baxmaq məsuliyyəti yoxdur. Dində belə bir şeyi əmr edən hər hansı bir ayə və ya hədis yoxdur.  Ər özünün, gəlin özünün ata-anasına baxmalıdır.

"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"- de. (İsra, 23-24)

Ümumiyyətlə əksər hallarda ərinə yaxşı davranan və ana qədrini bilən qadınlar, öz qaynanasına da yaxşı davranır, pis davrananlar isə pis davranır.

Əlavə olaraq böyüklərə hörmət etmək və onlarla yaxşı rəftar etmək İslam dini tərəfindən tövsiyə edilən yaxşı davranışlardan biridir. Peyğəmbərimiz (s. a. v.) belə demişdir:

"Balacalarımıza mərhəmət etməyən, böyüklərimizə də hörmət etməyən bizdən deyil"

Bu baxımdan müsəlmanların himayəyə möhtac olan böyüklərinə, əsasən qaynata və qaynanalarına baxmağı və onların ehtiyacları ilə maraqlanmağı İslam dini tərəfindən məqbul bir iş hesab olunur. Bunun savabı da böyükdür. Amma yuxarıda qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar hər hansı bir əmr yoxdur. Ata-anasına baxmalı olan insanlar onların övladlarıdır. Bu məsələdə kişilər arvadlarına təzyiq göstərməməlidirlər. Əksinə, öz valideynlərinin ehtiyaclarını şəxsən özləri ödəməli, bu məsələdə fədakar olan xanımlarını da təqdir etməli, onların qiymətini bilməlidirlər. Xoşbəxt ailə, qarşılıqlı sevgi və hörmət üzərinə qurulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə səfiri Füzulidən paylaşım etdi - FOTO/VİDEO
Avtomobillərdən bank kartları oğurlamaqda şübhəli bilinən şəxs tutuldu - VİDEO
29 müəssisədə nöqsanlar aşkarlandı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO